Page 180 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 180
Vito balaca koridordan ötüb ütü otağına keçdi,
dama-dama uşaq paltosuyla, şәrflә, qırmızı papaqla
qayıtdı. Bunları tezcә uşağa geyindirdi; hiss olunacaq
qәdәr әyilmiş barmaqlarını görmәk olmurdu.
– Di gedәk.
– Çәkәlәkdә? – uşaq soruşdu.
Vitora zәnbili götürdü.
– Guya çox uzağa gedirik.
Pillәkәnlә düşәndә Kiko pillәlәrә әvvәlcә sol aya-
ğını qoyur, tezcә dә sağ ayağını onun yanına çәkirdi, an-
caq bunu cәld, az qala baxmadan elәyirdi, çalışırdı
tәlәsik aşağı qaçan qızdan geri qalmasın. Dükan onlar-
dan üç bina aralıydı, Vitoranın әlindәn tutub, adsız
barmağını binalara sürtә-sürtә gedirdi. Dükan şokolad,
sabun, torpaqlı kartof qoxuyurdu. Avelino malları alü-
minium çubuqlardan hörülmüş sәbәtә qoyub verirdi.
Kiko ayrı-ayrı yeşiklәrdә әnginar, kök, kartof, kahı, yu-
180 xarıda – şokolad plitkaları, peçenyelәr, konfetlәr, rәng-
bәrәng bağlamalarda makaronlar, lap yuxarıda – qara,
qırmızı, ağ çaxır şüşәlәri, sağda isә – karamel bankaları
yığılmış piştaxtaya göz gәzdirdi. Senyor Avelino piş-
taxtadan zorla görünәn qırmızı papağı sezdi.
– Bu gün çox yatmısan, Kiko?
– Aha, – uşaq cavab verdi.
Senyora Deliya arxa otaqdan çıxanda onu gördü:
– Necәsәn, balaca? Xeyli yatmısan.
Ancaq Kiko daha heç nә eşitmirdi. Çömbәlib
alıcıların ayaqları arasından keçәrәk, “Koka-kola”,
“Pepsi-kola”, “Kas” suyu etiketlәrinin hәvәsiylә piştax-
taların, karamel bankalarının altına girir, onları düy-
mәni, diş pastasının tübikini qoyduğu şalvar cibindә
gizlәdirdi. Vitora senyor Avelinodan soruşdu:
– Bәs bizim Santines hanı?
Senyor Avelino gözucu mavi korpuslu saatına baxdı:
– İndi gәlәr, çoxdan gedib.
Vitora birdәn hirslәndi: