Page 176 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 176
Vitora onu ağ stula oturdub, ağ vannanın üstündәki

kranı açdı; paltaryuyan maşın yaxınlıqda dırıldayırdı;

vanna dolana qәdәr, uşaq qırmızı-yaşıl güllәri olan xala-

tın böyür-başında fırlandığını hiss elәyә-elәyә tübikin

qırmızı qapağını açıb-bağlayırdı vә birdәn xalat lap ya-

nında dayandı; nәmli dodaqlar onun yanağından bәrk-

bәrk öpdü vә Ananın sәsi eşidildi:

– Əlindәki nәdi? Bu nә murdar şeydi?

Kiko cәld başını qaldırdı:

– Bu, murdar deyil, yük maşınıdı.

Vitora onu yuxarı qaldırdı, Ana isә kikonun

tumanını әynindәn çıxartdı; ayağı suya dәyәndә, uşaq

barmaqlarını yığdı.

– Yandırır? – Vitora soruşdu.

– Hә, Vito, yandırır, – uşaq dedi.

Vito dirsәyi ilә soyuq kranı açdı, bir neçә saniyә

sonra Kikonu vannaya qoydu; uşaq öz şeyinә baxıb

176 güldü.
– Duduşa bax.

– Ora toxunma, eşitdin?

– Müqәddәs duduş, – diş pastasının tübikini hәlә

dә sol әlindә tutaraq dedi.

– O, nә sarsaqlayır? – Ana soruşdu.

Kiko “buu-u, bu-u-u-u” elәyә-elәyә tübiki suyun

üstündә gәzdirirdi, sonra dedi:

– Bu, paroxoddu.

Vitora Anaya cavab verdi:

– Mәn hardan bilim? Tutuquşu kimi eyni şeyi tәk-

rarlayır.

– Yәqin, onu kimsә öyrәdir, – Ana Kikonun pijama-

sını paltar maşınına atıb narazı halda dedi.

Vitora pörtdü:

– Mәnim nәyimә lazım… Mәncә, duadan ağlında

qalıb. “Müqәddәs ruh, müqәddәs ruh” deyildiyini eşi-

dir, öz bildiyi kimi dә tәkrar elәyir, onun üçün hamısı

bir şeydi.
   171   172   173   174   175   176   177   178   179   180   181