Page 178 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 178
Ana mәtbәxә girib-çıxırdı. Kiko tübik tutduğu әlini
irәli uzadıb, Vitoraya şikayәtlәndi:

– Mәnim topumun lülәsinә su düşüb. Onu qurula-
maq lazımdı.

Vitora dәsmalla tübiki qurulayıb soruşdu:
– Bu, mәgәr yük maşını deyildi?
– Yox, – Kiko qapağı burub açaraq qara deşiyi
göstәrdi, – bu, topdu, görmürsәn?
– De görüm, top sәnin nәyinә lazımdı?
– Atamın müharibәsinә getmәk üçün, – uşaq cavab
verdi.
Sözünü qurtaranda öskürdü vә qırmızı-yaşıl güllü
xalat geymiş anasının sәsiylә dedi:
– Uşaq soyuqlayıb.
Ana dәrhal gözdәn itdi, böyründәn ötüb keçәn tanış
xalatdan havada sanki xoş bir nәvaziş qaldı. Kikoya
mayka geyindirә-geyindirә Vitora dedi:
– Öskürsәn, Lonxinosu çağıracağıq.
178 – Lazım deyil!
– Lonxinosun gәlmәyini istәmirsәn?
– Yox!
– Ancaq bir dәfә mәnә iynә vurdu, heç ağrıtmadı
da.
Əyninә mavi köynәk, üstündәn dә tünd-qırmızı
sviter, sonra yumşaq velvetdәn qısa şalvar geyindirdi.
Kiko sakitcә dayanıb, düşüncәli halda qaşlarını çatmışdı.
Nәhayәt, dedi:
– Lonxinosun gәlmәyini istәmirәm.
– Onda öskürmә.
– Öskürәndә özüm dә bilmirәm, – Kiko etiraz elәdi.
Geyindirәndәn sonra Vitora onu döşәmәyә qoydu,
çiyәlәk rәngindә dәsmalı qatlayıb, ağ stulun söykәnә-
cәyindәn asdı, vanna otağına keçib, suyu axıtmaq üçün
vannanın tıxacını çıxartdı. Kikonun pәjmürdә sifәtinә
baxıb dedi:
– Lonxinos yaxşı adamdı. Xәstәlәrin yanına gәlir,
iynә vurur, hamısı da sağalır.
   173   174   175   176   177   178   179   180   181   182   183