Page 182 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 182
– Bәli, senyora, ancaq bu, oğlandı.
Senyora gülümsәmәyindәn qalmadı.
– Əlbәttә… bu yaşda, özü dә belә ağ, bu cür gözlәr…
Kiko nifrәtlә ona baxdı.
– Mәn kişiyәm, – o dedi.
Senyora bәrkdәn güldü:
– Demәk, kişisәn?
Kikonun boynu ağrıyırdı, senyoranın boyu, tәkәb-
bürlü gülüşü onu әsәbilәşdirirdi. O, qәfil özündәn çıxıb
qışqırdı:
– Zibil, iylәnmiş, murdar!..
Senyoranın tәbәssümü dәrhal söndü, elә bil lampa-
nı söndürdülәr.
– Belә danışmaq çox pisdi. Yaxşı uşaqlar belә danış-
mırlar, – o, uşağı danladı.
Vitora ciddilәşib, uşağın çiyninә vurdu.
– Fikir vermәyin, – senyoraya dedi, – bacısı doğu-
182 landan, hәrdәn belә gicliyi tutur.
Xәz paltolu soruşdu:
– Bu neçәncidi?
– Bu? Beşinci. Deyilәnә görә beşinci әn uğurludu.
Yük liftiylә qalxanda Vitora hirsli-hirsli onu dan-
layırdı:
– Görәrsәn, hamısını anana danışacağam. Heç sen-
yoraya belә cavab verәrlәr? Vitora, sadәcә çox xeyir-
xahdı, ancaq nә vaxtsa o da bezib daha sәni sevmәyәcәk.
Uşaq parıldayan gözlәriylә altdan-yuxarı ciddi-
ciddi ona baxırdı.
– Bu günahdı, Vito? – o soruşdu.
– Günah? Özü dә necә! İndi şeytanların әlinә keç-
sәn, sәni birbaşa cәhәnnәmә apararlar.
Kiko burnunu sallayıb, öz meydançasına tәrәf getdi.
Zibillәrin içindә qaralan Mavrikin ölüsünә sarı çәpәki-
çәpәki baxdı. Vitora pәncәrәni iki dәfә döydü:
– Bax, anan artıq Kristinanı çimizdirir.
   177   178   179   180   181   182   183   184   185   186   187