Page 179 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 179
tdan salınmış şahzadə

Paltaryuyan maşının sәsini batırmaq üçün Vitora MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
hündürdәn danışırdı. Uşaq bayaqdan göy zolaqlı xalatın
әtәyini görürdü, daha çox şey görmәk üçün başını qal- 179
dırdı.

– Bәs sәnin harana iynә vurdu, Vito? Dalına?
– Aydın mәsәlәdi. Ancaq belә demәzlәr, günahdı.
– Günahdı?
– Hә. Belә sözlәrә görә şeytanlar sәni cәhәnnәmә
aparar.
Kiko tübikin qapağını qeyri-ixtiyari açıb-bağlayırdı.
Mavi gözlәri harasa uzaqlara dikilmişdi.
– Xuan deyir ki, şeytanların qanadı olur. Bu doğru-
du, Vito?
– Əlbәttә.
– Mәlәklәr kimi?
– Aha.
– Mavriki onlar cәhәnnәmә aparacaq?
Vitora ona şәfqәtlә baxıb, öz-özünә: “Bu uşağın
ağlına nәlәr gәlmir?” – dedi. Sonra hündürdәn:
– Cәhәnnәm, cәnnәt pişiklәr üçün deyil, yaxşı-yaxşı
yadında saxla.
– Axı Mavrik qaradı, – uşaq inad elәdi.
– Nә olsun qaradı. Pişiyin yeri zibillikdi, vәssalam.
Kiko dizlәrini döşәmәnin, içindә balaca ağ kvadrat-
lar olan, qırmızı plitkalarına qoyub hәrdәn “bu-u-u-u”,
hәrdәn dә “pi-i-i, pi-i-i” elәyә-elәyә tübiki sürtmәyә baş-
ladı. Tübik qara düymә ilә toqquşdu. Uşaq tübiki atıb,
düymәni götürdü, әlindә fırladaraq hәr iki tәrәfinә bax-
dı, gülümsәyib ürәyindә dedi: “Valdı, bu, valdı”. Düy-
mәni qısa velvet şalvarın cibinә dürtdü, sonra tübiki dә
götürüb gizlәtdi. Ayağa qalxanda göy xalatın әtәyindәn
tutdu:
– Vito, gedәk süd almağa.
– Dayan bir.
– Sәn axı dedin ki, ağlamasam aparacaqsan.
– Ay Allah, bu necә uşaqdı!
   174   175   176   177   178   179   180   181   182   183   184