Page 174 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 174
Çәrşәnbә axşamı, 3 dekabr 1963-cü il.
Sәhәr saat 10:00

Gözünü açan kimi kip örtülmәmiş pәncәrә pәrdә-
lәri arasından otağa parlaq gün işığının düşdüyünü gör-
dü. İri qanadlarını yana açmış mәlәk formasında
qaldırılıb-endirilәn lampanın, güllü üz çәkilmiş kreslo-
nun vә böyük qardaşlarının kitabları yığılmış metal rәf-
lәrin qaraltısı pәncәrәnin fonunda seçilirdi. Kitabların
kötüyü gün işığında qırmızı, göy, yaşıl, sarı rәngә çalır-
dı. Bu, çox әylәncәliydi vә tәtildә qardaşlarıyla eyni vaxtda
oyananda Pablo deyirdi: “Kiko, göyqurşağına bax”. O isә
sevincәk cavab verirdi: “Aha, göyqurşağıdı! Gözәldi, hә?”

O, indi parket döşәmәdә sürüşәn tozsoranın uğul-
tusunu vә pәncәrәnin karnizinә qonub hay-hәşir salan
sәrçәlәrin cikkiltisini eşidirdi. Boynunun ardını balışdan
qaldırmadan sarı saçlı başını döndәrib, alaqaranlıqda
böyük qardaşı Pablonun sәliqәylә yığılmış, sol tәrәfdә
174 isә ortancıl qardaşı Markosun yenә boş, ancaq yığılma-
mış – mәlәfә topalanıb, әzik-üzük pijama ayaq – yarıyuxulu
halda öz-özünә hündürdәn dedi, gәrnәşdi, barmaq-
larının arasından işıq zolağına baxdı, sonra barmaqlarını
bir neçә dәfә açıb-yumdu, gülümsәyib qeyri-ixtiyari
mızıldadı: “Bayır gözәl, evdә dadlı yemәklәr”. Birdәn
tozsoranın sәsi kәsildi, otağa sükut çökdü vә o, tezcә
qışqırdı:

– Mәn daha yat-mı-ram!
Sәsi qapıdan keçdi, uzun koridorla uçaraq sola
dönüb mәtbәxә girdi, hәmin an paltaryuyanı işә salan
Ana başını qaldırıb dedi:
– Deyәsәn, uşaq çağırır.
Vitora tezcә alaqaranlıq otağa cumub, pәrdәlәri
yana çәkdi.
– Di baxaq görәk, kimdi burda ciyildәyәn.
Ancaq Kiko artıq başını mәlәfәnin altına soxub Vi-
toranın necә tәәccüblәnәcәyini xәyalına gәtirәrәk sakitcә
gülümsәyirdi. Vitora onun çarpayısına baxıb dedi:
   169   170   171   172   173   174   175   176   177   178   179