Page 187 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 187
tdan salınmış şahzadə

– Yox, mәn bәbә deyilәm! MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Elәsә ye. Onda atan kimi böyük olacaqsan, ancaq
yemәsәn… 187
Kiko ağzını açdı, gözünü yumdu, sıyığı uddu, ağzını
açdı, gözünü yumdu, sıyığı uddu, ağzını açdı, gözünü
yumdu, sıyığı uddu – lap elә hinduşka kimi.
– Daha bәsdi, Vito, – nәhayәt, göz yaşları içindә yal-
vardı.
Vitora önlüklә onun dodaqlarını sildi, boşqabdakı
sıyığın qalığını zibil vedrәsinә tökdü, üstünü dә kartof
qabığıyla sәliqәylә örtdü. Xuan Kikoya dedi:
– Mәndәn әl çәk.
– Xuan, mәn bu gün yerimi islatmamışam, – Kiko
dedi. – Vito, mәn bu gün yerimi islatmamışam, doğru-
du?
– Doğrudu, sәn artıq böyümüsәn.
– Dә-dә-dә, – Kris mızıldadı.
– O, “gәl-gәl” deyir. Vito, Kris “gәl-gәl” deyir!
Vitora tozsoranı, şotkanı, toz әsgisini, xәkәndazı
götürüb mәtbәxә keçdi.
– Sakit oturun, – onun pırtlaşıq başı qapıda görün-
dü, – şuluqluq elәmәyin.
Kiko bir ayağının üstündә fırlanıb, sәrbәstlikdәn
lәzzәt alırdı. Sonra pilәtәnin yanıındakı balaca şkafa
yaxınlaşıb qapısını çәkdi. Qıfıl açılanda “şıq”, bağ-
lananda “şaq” elәyirdi vә Kiko şıqqıltıya tәbәssümlә
qulaq asa-asa şkafı, az qala iyirmi beş dәfә açıb-örtdü.
Bundan bezәndә şkafın içinә baxıb, qırmızı-ağ, sarı-ağ,
ağ-göy damalı әski dәsti, bir az yuxarıda – rәfdә parıl-
datmaq vә tәmizlәmәk üçün maye dolu şüşәlәr, banka-
lar, paltar yumaq üçün toz qutuları gördü. Şkafı örtüb
çömbәldi, pilәtәnin altındakı kiçik qapını açdı.
– Bura qarajdı, – dedi.
Kristina stolun altında oturub, döşәmәyә tökülmüş
çörәk ovuntusunu ağzına qoyurdu. Xuan tәrpәnmәdәn,
gözlәrini qırpmadan jurnalı oxuyurdu.
– Bura qarajdı, Xuan! – Kiko qışqırdı.
   182   183   184   185   186   187   188   189   190   191   192