Page 186 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 186
Kiko yenә anasının xalatından çәkdi:
– Ana, Kris “qәşәng” dedi.
Ana onu kәnara itәlәdi:
– Sәn Allah, әl çәk, mәni bezdirmә.
Vitora südü çini qaba tökdü, qalanını iki boşqaba
süzdü, üstündә gülümsәyәn körpә şәkli olan bankanı
açıb, hәr iki boşqaba iri qaşıqla bir sarı toz qoydu.
– Tez sәhәr yemәyini yeyin, – deyib, hәr iki boşqab-
dakını qarışdırdı.
O, Kikonu ağ stula oturtdu, Xuan üçün başqa stulu
stola tәrәf itәlәdi, qızı götürüb dizinin üstünә qoydu.
Kris dinmәzcә sıyığı yeyirdi vә hәr qaşıqla nәm dodaq-
larının künclәrindә sarı köpük artırdı. Xuan kapitan
Truenonun sәrgüzәştlәriylә bağlı jurnalı qәndqabına
söykәyәrәk, bulkanı ovub kakaoya tökә-tökә maraqla
komiks oxuyurdu. “Siz öz әdәbsizliyinizә görә cәzala-
nacaqsınız”. – “A-a-a-a!” – “İrәli, dostlar, artıq bunların
axırı çatıb”. – “Al payını, haramzada, sәnin dә növbәn
çatdı!” Kiko isә bu vaxt qaşığı ağ mәrmәrә döyәclәyirdi.
186 Vitora dedi:
– Kiko, di oynama, ye. İlahi, bu nә nadinc uşaq oldu!
Kiko qaşığı boşqabda gәzdirmәyә başladı; qabda
dәrin şırımlar әmәlә gәldi. Uşaq yemәyә baxıb, tәzәdәn
sıyığı qarışdırdı.
– Soyumamış ye.
Kiko mızıldadı: “Bayır gözәl, evdә dadlı yemәklәr”.
Qızın yemәyini qurtarmasına az qalırdı. Ancaq o, hәlә
dә öz işindә idi. Bu isә Vitoranı әsәbilәşdirirdi:
– Kiko, bu saat ananı çağıracağam!
Uşaq qaşığı hәvәssiz-hәvәssiz ağzına aparıb, sıyığı
әti çimçәşә-çimçәşә ağzında saxladı.
– Tfu, nә iyrәnc şeydi!
Xuan gözlәrini bәrәldib oxuyurdu: “Çәrәnlәmәk
yetәr. Sәn indi ölәcәksәn!”
Vitora qızı döşәmәyә qoyub, qaşığı Kikodan aldı.
– Ver bura. Elә bil bәbәdi.
– Mәn bәbә deyilәm!
– Bәbәsәn ki varsan.