Page 185 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 185
tdan salınmış şahzadə

soruşdu: MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Bu, çimәrlikdi?
Kiko mәmnunluqdan qızarıb, bәrkdәn izah elәdi: 185
– Bax, bu senyorlar üzürlәr, bunlar özlәrini günә

verirlәr, bunlar isә…
Xuan çiyinlәrini çәkdi, hәvәsdәn düşdüyü üzündәn

oxunurdu.
– Bir damcı da oxşamır, – o dedi.
Vitora Anaya dedi:
– Hәr yüz nәfәrdәn beşini Afrikaya yollayırlar, gә-

rәk elә ona düşәydi. Birdәn başına iş gәlәr.
– Bir özün fikirlәş, – Ana dedi, – axı kimsә get-

mәlidi.
– İlahi, mәn dә o cür fikirlәşirәm, ancaq niyә bu işlәr

elә mәnim başıma gәlmәlidi? Başqa adam yoxdu?
– Bәs Pakinin dostu necә oldu?
– Kim, Abelardo? Bu adam anadan xoşbәxt doğu-

lub. Bu qızın hәmişә bәxti gәtirir. Şәnbә günü gedib lote-
reyada udur, bazar ertәsi isә püşk atırlar, adaxlısı qalır
yanında. Sözüm yoxdu.

Körpә әlini әlinә vurub tәkrar elәyirdi:
– Dә-dә-dә, dә-dә-dә.
Kiko körpәyә yaxınlaşıb әllәrindәn tutaraq bir-
birinә çırpmağa başladı, qızcığaz uğunub getdi, uşaq da
güldü.
– Dә-dә-dә, dә-dә-dә, – körpә hey tәkrar elәyirdi.
Kiko qırmızı-yaşıl güllü xalatın әtәyindәn çәkdi:
– O, “qәşәng” deyir. Ana, Kris “qәşәng” deyir.
Ana Vitorayla danışmağında idi:
– …Bir yana qalanda, bu, elә dә böyük bәdbәxtlik
deyil.
Vitora hirslәndi:
– Baxır kimin üçün. Paki indi başlayıb ki, Femio
orda hansısa bir zәnci qızına ilişәcәk.
– Axmaqlığa bax, – Ana dedi.
– Hәlә bilmәk olmaz. Abelardo da deyir ki, zәncilәr-
dәn indi hәr şey gözlәmәk olar.
   180   181   182   183   184   185   186   187   188   189   190