Page 200 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 200
Qapı açıldı, qırmızı-yaşıl güllü xalat içәri girdi vә
Domi gülümsәyib uşağın başını sığalladı, çünki onsuz
da әlini qaldırmışdı.

– Bu Kiko, – dedi, – özündәn daha nәlәr uydurmur.
İndi dә deyir, şeytanı görmüşәm. Yox, әzizim, yox, şey-
tan cәhәnnәmdә olur, sәnin kimi yaxşı uşaqlara da tox-
unmur.

Gündüz saat 13:00

Otaq tәmiz, sәliqәliydi, döşәmә parıldayırdı, elә bil

üstündә gәzmәmişdilәr. Kitab rәflәri otağı iki yerә bö-

lürdü, pәncәrәnin qabağında, üstündәn abajurlu lampa

asılan uzun stol dururdu; uşaqlar mәktәbdәn qayıdanda

dәrslәrini burada hazırlayırdılar. Künclәrdә Pablo vә

Markosun pambıq parça örtüklü çarpayıları, onların ara-

sında isә Kikonun dustaqxana kamerasına oxşayan çu-

200 buq mәhәccәrli enli hündür uşaq çarpayısı dururdu.
Ana otağa girәndә dedi:

– Tualet istәyirsәnsә, de.

Kiko ayaqlarını aralı qoyub şalvarına baxdı, bax-

mağı az imiş kimi, әvvәl sol әlini, sonra sağ әlini şalva-

rına çәkib dedi:

– Bax, heç islanmayıb.

Domi mәtbәxdә lәngidiyindәn, Xuan Kikoya:

– İstәyirsәn, göyqurşağı düzәldәk?

– Aha, düzәldәk, – Kiko cavab verdi.

Xuan pәrdәni çәkdi, Kikonun әlindәn tutub ehti-

yatla balaca çarpayıya yaxınlaşdılar vә eyni vaxtda baş-

larını üçüncü rәfә tәrәf qaldırdılar. Kitabların kötüyünә

düşәn işıq müxtәlif rәnglәrlә bәrq vurdu vә Kiko dedi:

– Gözәldi. Hә, Xuan?

Xuan başını gah bu, gah o biri çiyninә tәrәf әydi.

– Gün işığı düşәndә, onda lap gözәl olur.

Birdәn Kikonun gözlәri parıldadı.

– Bәlkә mәlәk uçsun, hә, Xuan? – o soruşdu.
   195   196   197   198   199   200   201   202   203   204   205