Page 202 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 202
– Öz sәfeh oyunlarınız üçün pәrdәni niyә ört-
müsünüz?
Kiko onun üstünә atıldı:
– Şeytan da, ifritә dә burdadı, Domi. Şeytan
istәyirdi saçımdan tutub mәni cәhәnnәmә aparsın.
Domi boş әliylә pәrdәni çәkdi.
– Boş-boş şeylәrlә zәhlәmi tökmә, – uşağa tәpindi. –
Çox çәrәnlәyirsәn.
Xuan örtülü alt rәfdә oturub, siyirtmәli qapını yana
itәlәdi vә onun fikirli baxışları üst-üstә yığılmış rәng-
bәrәng oyuncaqlara dikildi. Oyuncaqların içindәn әv-
vәlcә әlvan topu çıxarıb, ayağa durmadan bir neçә dәfә
döşәmәyә vurdu, sonra qapağı çatlamış rәng qutusunu
götürüb başqa yerә qoydu. Gözü, divarları uçmuş isteh-
kama sataşdı, Xuan ona baxa-baxa bir an düşünüb, Kiko-
ya sarı döndü.
– Hindular yoxdu, Kiko? – soruşdu.
202 – Yox.
Kiko yavaşca qardaşına yaxınlaşıb, әlvan topa tәpik
vurdu.
– Qol! – qışqırdı.
Xuan ayağa sıçradı.
– Başladıq! Mәn Di Stefanoyam.
Xuan topu gah bu ayağıyla, gah o biri ayağıyla vu-
rurdu vә Kiko boş yerә topu ondan almağa çalışır, lәh-
lәyә-lәhlәyә arxasınca qaçır, ayağı topa hәrdәn zorla
dәyirdi. Onlar oynayanda stullara, üçtәkәrli qırmızı
velosipedә toxunur, qışqırışırdılar. Domi pәncәrәnin
qabağında qızın başını qatırdı: “Bax, maşınlar gedir. Oy,
gör nә çox maşın var!” Krisin isә hәmişә nәm olan kop-
puş dodaqları tәrpәnirdi: “Dә-dә-dә”.
Hirsli sәs onları qәfil yaxaladı vә onlar qapının nә
vaxt taybatay açılacağını gözlәyib, “farağat” vәziyyә-
tindә donub-qaldılar. Bu dәfә Ana qırmızı-yaşıl güllü
xalatda deyildi, ağ-göy zolaqlı yun kofta, boz yubka,
dabansız dәri ev ayaqqabısı geyinmişdi; nazik, uzun