Page 206 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 206
– Ay qız, imkan ver bir içәri girәk…
Kiko gah buna, gah ona yaxınlaşdı. Ona elә gәl-
mişdi ki, Markosun diqqәtini çәkib. O, “Uzaq Qәrbin
fәthi”ni qapıb Xuandan soruşdu:
– Sәndә yenә var?
– Üç dәnә, – Xuan cavab verdi. – Bax.
Kiko koridordan, tranzistorun özünü cırdığı
mәtbәxә getdi. Evә qayıdanların sayı çoxaldıqca, ara da
qarışırdı. O, anbarın qapısının ağzında ayaqlarını aralı
qoymuş, duruxa-duruxa әtrafına baxan Kristinanı gördü
vә ona yaxınlaşanda qoxunu hiss elәyib elә qışqırdı ki,
alnının damarı şişdi:
– Ana, Domi, Vito, bura gәlin! Kris tumanını batırıb!
Qız öz yumru gözlәriylә maraq vә tәәccüblә
qardaşına baxırdı; vә qardaşı susanda mızıldadı:
– Dә-dә-dә.
– Hә, dırıx, dırıx, pinti, – Kiko dedi.
Domi gәlәndә, Kiko barmağıyla Kristinanı göstәrdi:
206 – O, tumanını batırıb.
– Eybi yoxdur, – Domi acıqla cavab verdi, – özün
yerini isladanda sәnә ki bir söz deyәn olmur?!
Kiko şәhadәt barmağını qaldırıb bacısına silkәlәdi:
– Niyә әvvәlcәdәn demirsәn, hә?
– Bәsdi, sus, hamı danışsa da, gәrәk sәn danışma-
yasan, – Domi ona tәpindi.
Uşaq Vitonun paltarını dәyişdiyi ütü otağına qaçıb,
ayağının ucuna qalxaraq qapının dәstәyini dartdı.
– Vito, Kris tumanını batırıb.
Vitora ağ manjeti düymәlәyirdi.
– “Görürsәn, nә pintidi” – o dedi.
Ancaq uşaq artıq koridoru axıracan qaçıb, çәhrayı
vanna otağının qapısını açmağa çalışırdı.
– Kimdi? – Ana içәridәn soruşdu.
Kiko sәsini tәsirli elәmәk üçün aşağı әyildi:
– Ana,Kris tumanını batırıb!
– Cuyuqdu? – Ana mehriban sәslә soruşub, onu
çıxılmaz vәziyyәtdә qoydu.