Page 211 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 211
tdan salınmış şahzadə

Ata Anaya dedi: MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Onu rahat burax, niyә mәcbur elәyirsәn, acanda
özü istәyәcәk. 211
Pablo izah elәdi:
– Konqo mәsәlәsi atamızla anamız kimidi; biz dala-
şanda aralayırlar, onlara gәlәndә isә: qoy nә qәdәr istә-
yirlәr dalaşsınlar.
Ana Ataya hirslәndi:
– Acmayıbsa ölsün, hә? Canqurtaran fikirdi. Siz ki-
şilәr hәr şeyә adi baxırsınız. – O, Kikoya sarı döndü: –di
ud deyirәm sәnә!
Kiko boğazını hinduşka kimi irәli uzadıb ağzın-
dakını uddu. Sonra Pabloya baxaraq soruşdu:
– Atayla ana da dalaşırlar?
Merçe ilә Markos güldülәr. Sükut çökdü. Kiko boş-
qablara sarı әyilmiş soyuqqanlı sifәtlәri süzüb, birdәn
şәn-şәn gülümsәyәrәk dedi:
– Pox!!!
Ana uşaqların gülüşünü kәsdi.
– Bu sözü demәk olmaz, bildiniz? – o, hirslә dedi.
Markosla Merçenin gizlincә gülmәsindәn lәzzәt
alan Kiko alt dodağını dişlәyib gülümsәdi vә meydan
oxuyurmuş kimi, lap bәrkdәn tәkrar elәdi:
– Pox!!!
Ana әlini qaldırdı, ancaq uşağın başını çiyninә qıs-
dığını görüb vurmadı.
– Nәdi, eşitmirsәn? Sus, yoxsa şapalaq yeyәcәksәn!
Sırayla hamının qabağına boşqabda bifşteks qoyan
Vitora canıyananlıqla ona baxdı. Ana onun bifşteksini
xırda parçalara böldüyü vaxt Kiko diş pastasının tübi-
kini şalvarının cibindәn çıxarıb, tezcә qapağını açdı. Sifә-
tinә tәbәssüm yayıldı.
– Bu, televizordu, – o dedi.
– Televizoru boşla, xörәyini ye! – Ana ona tәpindi.
Pablo bu vaxt Gilyermito Botinanı xatırlayıb, qız-
ların ondan ötrü dәli-divanә olduğunu dedi vә Merçe
   206   207   208   209   210   211   212   213   214   215   216