Page 213 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 213
tdan salınmış şahzadə

– Di özün ye. MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Kiko çәngәli sol әlinә aldı.
– O biri әlinlә, – Ana tezcә onun sәhvini tutdu. 213
Ata gülümsәdi.
– Sәn onun fәrdi xüsusiyyәtlәrini boğursan.
Ana әsәbilәşdi:
– Doğrudan? Bәlkә sәn onu yedizdirәsәn, hә?
– Bilirsәn, solaxay adamlar haqqında bәdbәxt atam
nә deyib? – Ata soruşdu.
– Bilmirәm, bilmәk dә istәmirәm.
Onu eşitmirmiş kimi, Ata sözünә davam elәdi:
– Mәnim yazıq atam deyirdi: solaxay ona görә so-
laxaydı ki, ürәyi başqalarınkından böyükdü, ancaq
adamlar bunu sәhv bilib düzәltmәyә çalışırlar, çünki ki-
minsә daha sәmimi olduğuna paxıllıqları tutur.
– Çox maraqlıdı, – Ana dedi.
– Keşiş isә deyir ki, – Xuan dillәndi, – sol әllә yaz-
maq günahdı.
Kiko gözlәrini bәrәltdi:
– Demәk, şeytanlar mәni ifritәylә vә donna Paulina-
nın pişiyilә birlikdә cәhәnnәmә aparacaq?
Ata әllәrini portağala toxundurmadan onun qabığı-
nı bıçaq vә çәngәlin kömәyilә qәşәngcә aralayırdı. Mar-
kos dedi:
– Mavrik cәhәnnәmdәdi, yoxsa zibillikdә?
Kiko bir az düşünüb cavab verdi:
– Loren onu zibilliyә atmışdı, ancaq şeytanın cәhәn-
nәmdәn gәlib onu apardığını Xuan görüb. Elәdi, Xuan?
Domi, qız da qucağında, yemәk otağına girdi. O,
Krisi yuxarı qaldırdı:
– Əzizim, Atayla, Anayla xudahafizlәş. Onlara “sağ
ol” de.
Kris sağ әlini zorla tәrpәtdi. Kiko dedi:
– O, әlini Vito kimi elәyir, doğrudu, ana?
Ana onun başını boşqaba әydi:
– Ye, özün dә sus. İlahi, bu necә uşaqdı!
Vitora heç nә olmamış kimi güldü. O, astadan dedi:
   208   209   210   211   212   213   214   215   216   217   218