Page 214 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 214
– Yaman uşaqdı, heç nә gözündәn qaçmır!
İndi boşqabları tәlәsik vә pәrt halda dәyişәndә, әllә-
ri daha çox әyilirdi. Domi qızı yemәk otağından çıxartdı
vә Ana bir az sәsini qaldırıb onun arxasınca dedi:
– Domi, onu yerinә qoyanda әskisini çıxartmayın.
Qızın bir az qarnı gedir.
Ata birdәn başını qaldırıb, fikrini oxumaq istәyirmiş
kimi, gözlәrini Pabloya zillәdi.
– Bazar günü sizә döş nişanı taxacaqlar, – o dedi. –
Unutma: saat on birdә, stadionda. Bu, çox möhtәşәm
mәrasim olacaq.1
Pablo pörtüb çiynini çәkdi. Ata sözünә әlavә elәdi:
– Deyәsәn, ürәyincә deyil?
Pablo yenә çiynini çәkdi, ancaq bu dәfә itaәtkarca-
sına. Ana söhbәtә qarışdı:
– Bәs onun istәyib-istәmәdiyini, baxışlarınızın üst-
üstә düşüb-düşmәdiyini soruşmaq sәnin ağlına gәlmә-
di? Pablonun artıq on altı yaşı var.
214 Pablonun sifәtindәn iztirab oxunurdu. Ata ona get-
gedә lap әsәbilәşirdi.
– Baxışları? – tәkrar soruşdu. – Güman elәyirәm ki,
onun baxışları mәnimkindәn fәrqlәnmir. Bundan başqa,
bu, baxışdan çox, maraq mәsәlәsidi.
O, öz ilk uşağından gözünü çәkmirdi, ancaq Pablo
ağzını açmırdı. Markos dillәndi vә dediyi heç dә yerinә
düşmәdi:
– Ata, bizә müharibәdәn danış.
– Görürsәn, –Ata dedi, – bu, başqa cür düşünür. Sәn
müharibә haqqında nә eşitmәk istәyirsәn? Biz müqәd-
dәs iş üçün vuruşurduq. – O, diqqәtlә vә mәnalı-mәna-
lı Anaya baxdı. – Bәlkә, yox?
– Sәn yaxşı bilәrsәn, – Ana cavab verdi. – Sәn çox
vaxt bu şeylәri görmәk istәdiyin kimi görürsәn.

1 Söhbət faşist uşaq təşkilatına qəbul olunmaqdan gedir.
   209   210   211   212   213   214   215   216   217   218   219