Page 212 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 212
birdәn çәngәli boşqaba qoyub, üzünü ovuclarına söykә-
yәrәk danışmağa başladı:

– Dәhşәtdi, nә çәtinliklәrә düşür, özünә dә baxanda
adamın tüklәri biz-biz olur!

– Hindular hücum elәyәndә adamın tüklәri biz-biz
olur, – Xuan dedi.

O, әllәrini boru kimi elәyib, sağ gözünә yaxınlaş-
dıraraq “ta-ta-ta” dedi.

Kiko onu yamsılayaraq, tübiki gözünә yaxınlaşdırıb
“ta-ta-ta” elәdi. Ana “ye” dedi vә o, get-gedә dadını iti-
rәn bir tikә әti ağzında hәrlәdә-hәrlәdә çeynәmәyә baş-
ladı. Çarәsiz halda ondan gözünü çәkmәyәn Ana bir
neçә saniyә sonra:

– Yaxşı, tüpür, daha ağzında böyüdü; bu uşaq nәsә
yeyәnә qәdәr adam dәli olar.

Kiko çәnәsinin altında әzdiyi lifli boz kürәciyi tü-
pürdü. Ana onun ağzına tәzә tikә qoydu. Kiko anasına
baxdı, sonra yenә qırmızı qapağı burub açdı.
212 – Bu, televizordu, hә, ana?

– Hә, televizordu, xörәyini ye.
– Sәn istәmirsәn ki, tikә ağzımda yumrulansın, elә-
di, ana?
– İstәmirәm. Ye.
– Mәn yesәm, Xuan kimi böyüyüb mәktәbә gedәcә-
yәm, elәdi, ana?
Ana dәrindәn nәfәs aldı.
– Bircә o günü görәydim, – o dedi.
– Əgәr mәktәbә getsәm, tikәm daha ağzımda yum-
rulanmayacaq, elәdi, ana?
– “Elәdi, ana, elәdi, ana”, – Ana hirslә tәkrar elәyib,
onun qolundan dartdı. – Tez elә, ye!
Kiko yalvarış dolu gözlәrlә ona baxdı:
– Mәn “elәdi, ana, elәdi, ana” deyәndә sәnin xoşun
gәlmir?
Ananın gözlәri parıldadı, sanki indicә ağlayacaqdı.
“Bilmirәm, bu uşağın axırı necә olacaq”, – o mızıldadı.
Kiçik çәngәli oğlunun boşqabına qoyub dedi:
   207   208   209   210   211   212   213   214   215   216   217