Page 216 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 216
– Çox, – Ata Anaya baxa-baxa dedi. – Bәlkә, sәn belә
düşünürsәn?
– Ola bilsin, – Ana dedi.
Kiko da gülüb, Xuana baxa-baxa “ola bilsin” dedi
vә sonra bir dә “ola bilsin” deyib, yenә güldü, ancaq Ata-
nın onun başının üstündәn atdığı boşqab artıq qapıya
tәrәf uçurdu vә döşәmәyә düşüb çilik-çilik oldu. Atanın
gur sәsi bu şaqqıltıya qarışdı:
– Lәnәt şeytana, gәl indi bu arvadla danış da! – o,
bağırdı.
– Sәnin atanın nazı ilә oynamayıb, vaxtında ağzını
yumsaydıq, belә şeylәr dә heç vaxt olmazdı.
Günortadan 3 saat keçmiş
Ana Atanın qarşısındakı kresloda oturdu. Onları,
216 üstünә “Pari-matç”ın nömrәlәri vә qalın şüşәsindә qış
mәnzәrәsinin donub-qaldığı yaşıl külqabı qoyulmuş jur-
nal stolu ayırırdı. Vitora boşqab qırıqlarını xәkәndaza
yığırdı vә süpürgәnin silinmiş döşәmәdә çıxartdığı xı-
şıltıda adamı sakitlәşdirәn nәsә var idi. Merçe, Pablo vә
Markos paltoda, әllәrindә portfel bir-birlәrinin arxasınca
qonaq otağına girdilәr. Onlar әvvәlcә Ananı – “Hәlәlik,
uşaqlar”, – sonra Atanı – “yaxşı yol” – öpdülәr, Pablo isә
otaqdan çıxanda astadan dedi: “Bazar günü gedә-
cәyәm”. Ata ona baxmadan “yaxşı” deyә cavab verdi.
Pablo gedәndәn sonra otağa yenә sükut çökdü. Vitora
artıq çini boşqabın qırıqlarını yığmışdı vә әlindәki gü-
müş sinidә buğlanan iki fincan, gümüş südqabı, dәstәyi
qıvrılan ilan formasında qәndqabı, otağa girdi. “Cәn-
gәllik”, – Kiko sakitcә öz-özünә dedi. O, Vitoranın әyilib
sinini necә jurnal stoluna qoyduğuna baxırdı, sonra
baxışlarını Ataya zillәdi – o, Ananın başı üstündәn fikirli-
fikirli harayasa baxırdı. Vitora Ananın kreslosunun böy-
ründә әllәrini yanına salıb dikәldi.