Page 220 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 220
– Kiko, heç vaxt fikirlәşmә ki, yalnız sәn haqlısan.
Ata daha özündәn çıxmışdı:
– Ağıllı olduğunu düşünәn qadınların әn yaxşısını
belә asmaq lazımdı, eşidirsәn, Kiko?
İndi Ananın әllәri Atanın burun pәrәlәri kimi
titrәyirdi. O dedi:
– Kiko, oğlum, şәhәr küçәlәri heyvanlar üçün deyil.
Kiko gözlәrini geniş açıb, ayağa qalxan atasına bax-
dı. Atasının şkafdan palto vә şlyapasını götürdüyünü
görüb, onun yanına qaçdı. Ata artıq qapını açmışdı. O,
Kikoya sarı әyildi. Onun sir-sifәti dәyişmişdi.
– Kiko, – o dedi, – anana de ki, gedib atdırsın. Mә-
nim üçün bu zәhmәtә qatlaş, oğlum.
Qapı çırpıldı. Kiko geri dönәndә anasının ağladığını
gördü. O, irәli әyilib hönkürtüdәn titrәyirdi. Uşaq ona
yaxınlaşdı. Ana onu bәrk-bәrk qucaqlayıb bağrına basdı
vә Kiko hәr dәfә tumanını isladanda ayaqlarında hiss et-
220 diyi isti nәmliyi yanaqlarında hiss elәdi. Ana onu qucaq-
layıb tәkrar elәyirdi: “Ah, uşaqlar, uşaqlar”. Kiko
qeyri-ixtiyari onu sığallayırdı vә anasının bir az sakit-
lәşdiyini görüb dedi:
– Ana, sәn gedib atdıracaqsan?
Ana burnunu bәrkdәn çәhrayı cib dәsmalına silib
dedi:
– Belә demә, oğlum. Bu, günahdı.
O, kreslodan durub dәhlizdәn asılmış güzgünün
qarşısında yanaqlarını pudraladı, әlini gözünә, dodaq-
larına çәkdi. Kiko mat-mat onun hәrәkәtlәrinә baxırdı;
sonra Ana mәtbәxә keçdi vә tasda boşqab yuyan Vitora
birdәn ona dedi:
– Senyora, әgәr sizin narazılığınız yoxdursa, mәn
aşağı düşüm, ya o, yuxarı qalxsın. Axı biz xudahafizlәş-
mәliyik.
Tranzistorda keçmiş vә son illәrin musiqisi xırıltıyla
sәslәnirdi. Ana razılaşıb sәsini bir az qaldırdı:
   215   216   217   218   219   220   221   222   223   224   225