Page 223 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 223
tdan salınmış şahzadə

Onlar bir-birlәrinә 10-a yaxın “atәş” açdılar, nәha- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
yәt, Xuan etiraz elәdi:
223
– Sәn artıq ölmüsәn. Mәn atamız kimi yüzdәn çox
pis adam öldürmәliyәm. Di öl!

Kiko diş pastasının tübikini sağ әlindә sıxıb döşә-
mәyә sәrildi. O, gözünün altından Xuana baxırdı. Xuan
yaxına gәldi.

– Ancaq qan yoxdu, – o, mәyus halda dedi.
– Qan?
– Hә, sәn başdan-ayağa qan içindә olmalıydın.
– Mavrik öldü, ancaq qanı çıxmadı.
– Axı onu müharibәdә öldürmәmişdilәr, – Xuan
cavab verdi.
O, kitab şkafına yaxınlaşıb, yeşiyini çәkdi – gözü-
nün qabağında bir yığın tuş butulkası varıydı. Cәld bir-
bir onlara baxdı.
– Qırmızı rәng yoxdu.
Sözünü qurtarmamış vanna otağına qaçıb, әlindә
fukorsin şüşәsi qayıtdı.
– Uzan, – kefi kökәlmiş halda әmr etdi.
Fukorsini damcıtökәnlә çәkib, qırmızı mayedәn
Kikonun alnına, qoluna, dizinә vә daha inandırıcı olması
üçün bir neçә damcı da döşәmәyә töküb, öz işindәn
lәzzәt alaraq geri çәkildi. Nәhayәt, şәn-şәn gülümsәdi.
– İndi, doğrudan da, müharibәdә ölәnә oxşayır-
san, – mәmnun halda dedi.
Ancaq Kiko artıq uzanmaqdan bezmişdi vә yerindә
qımıldananda şalvarını döşәmәdәki qırmızı mayeyә
buladı. Yerindәn cәld durub dedi:
– Mәn tualet istәyirәm.
– Di tez qaç, –Xuan qorxmuş halda dedi.
Kiko çәhrayı vanna otağına girdi, bir az әllәşib, axır
ki, şalvarını aşağı çәkdi. İşini görüb gülümsәdi vә
qayğısızcasına zümzümә elәdi: “Bayır gözәl, evdә dadlı
yemәklәr”. Sonra qardaşının yanına qayıtdı. Xuan tüfәn-
gi ona tuşlayıb qışqırdı:
   218   219   220   221   222   223   224   225   226   227   228