Page 227 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 227
tdan salınmış şahzadə
– Mavrik ölüb, – birdәn dedi. MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Mavrik?
– Paulinanın pişiyini deyir, – Ana oturaraq dillәn- 227
di. Vә siqaret yandırıb, ilk bulud topasını buraxaraq söh-
bәtinә davam elәdi: – dәhşәtli dәrәcәdә yorulmuşam.
Böhran qismәn davam elәyir. Xidmәtçiylә dә hәr gün bir
hoqqa çıxır.
– Müvәqqәti gәlәnlә? – Kuki bibi soruşdu.
– Müvәqqәti gәlәnlә dә, Seve ilә dә. Artıq bir hәf-
tәdi kәndә gedib. Dedi, anamın vәziyyәti pisdi. Nә bi-
lәsәn.
Kuki bibinin sәsi çay kimi şırıldayırdı.
– Heç bilmirәm, – gülә-gülә dedi, – niyә bu xidmәt-
çilәrin anası hәmişә ölüm ayağındadı? Sәn fikir vermi-
sәn?
– Mavrik dә ölüb, – Kiko dikәlәrәk dedi.
Kuki bibi onu sinәsinә sıxdı.
– Demәk, yazıq pişik ölüb? Dostun ölüb? Yazıq!
Yaxşı, mehriban pişik idi!
Ana barmaqlarını cәld hәrәkәt elәtdirә-elәtdirә boz
yundan nәsә toxuyurdu, metal millәr hәrdәn bir-birinә
dәyib cingildәyirdi, Fabiana onun başını qırxanda qayçı
belә sәs çıxarırdı. Anasının gözü işdәydi; cәrgәni qurta-
ran kimi, ilmәni milә keçirib, Kuki bibiyә baxdı.
– Sәn onu çox әzizlәyirsәn.
– Nә danışırsan?! Bu uşağa xüsusi mehribançılıq
göstәrmәk lazımdı, Merçe. Unutma, vur-tut bir il әvvәl
o, bu evdә şahlıq elәyirdi, hamının sevimlisiydi. İndi
onu taxtdan salıblar, o, taxtdan düşmüş şahzadәdi, vәs-
salam. Dünәn – hәr şeydi, bu gün – heç nә. Razılaş ki,
belә şeylә barışmaq çәtindi.
Anası bәrkdәn danışmasa da, sәsi qәtiyyәtliydi.
– Cәfәngiyyatdı, – o dedi. – Heç hansının nazı ilә
oynamadan artıq dörd şahzadәni taxtdan salmışam, bi-
rinin dә burnu qanamayıb.
– Sadәcә, bәxtin gәtirib, vәssalam. Sәn psixiatrların
nә dediyini eşitmisәn?