Page 230 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 230
– Bәs siz burda nә üçünsünüz?
Domi üzünü turşutdu:
– Senyora, siz elә bilirsiniz onlar mәnә qulaq asır?
Tasın yanında dayanmış Vitora xәfifcә gülümsәdi.
Ana dedi ki, mәtbәx uşaqların yeri deyil, qoy hamısı
uşaq otağına getsin. Domi qucağında qızcığaz, Xuan vә
hamıdan arxada Kiko uşaq otağına gedәndә, Ana hәr iki
әlini yellәdәrәk onları tәlәsdirә-tәlәsdirә Domiyә deyirdi
ki, necә olur, uşaqların başını yarım saat qata bilmir vә
әgәr yarım saat onun qulağı dinc olsa, bu vaxtda uşaqlar
heç bir hoqqa çıxarmasalar – bu, xoşbәxtlik olar, çünki
uşaqlar onu boğaza yığıb, әgәr bu cür davam elәsә,
әvvәl-axır dәlixanalıq olacaq. Bunları deyә-deyә Xuan
vә Kikonu itәlәyirdi vә uşaqlar addımlarını yeyinlә-
dirdilәr. Nәhayәt, otağa çatdılar. Kiko çәkinә-çәkinә
lampaya baxdı, Xuan isә qәti addımlarla kresloya tәrәf
gedib, “Uzaq Qәrbin fәthi” kitabını dizinin üstünә qo-
yaraq oturdu. Domi hirsli idi. O, әsәbi halda Kikoya
230 dedi:
– Di get tualetә. Bircә o qalıb ki, tumanını isladasan,
pinti.
Kiko ayaqlarını aralayıb, hәr iki әlini şalvarına çә-
kәrәk dedi:
– Yox, Domi, әlini vur, qupqurudu.
– Get.
Kiko gedib, tez dә qayıtdı.
– Gәlmәdi, – o dedi.
– Sәndә lazım olmayanda gәlir.
Domi “ay mәnim gözәlim, ay mәnim qәşәngim” de-
yә Krisi әzizlәyirdi, sonra onun koppuş әllәrini tutub
yavaşca sifәtinә toxundurdu: “Yanağına şappıldadaq,
şap-şap-şap”. Kiko onlara göz qoyurdu, ancaq bu oyun
heç xoşuna gәlmәdiyindәn, Xuana yaxınlaşdı. Xuan ba-
şını kitabdan qaldırıb, sirr açırmış kimi ona dedi:
– Mәn evdәn qaçacam.
– Qaçacaqsan?
– Aha.