Page 235 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 235
tdan salınmış şahzadə

Gizlicә görüşlәr, öpüşlәr belә, MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
Hәr şeyim sәnindi; nigaran olma.

Xuan başını yellәdi. Əsgәrin qızı öpmәyәcәyini
bilirdi, ancaq hәmişә qorxurdu: birdәn öpüşlәrin qarşı-
sında duruş gәtirmәz. Kiko gözucu qardaşına baxdı vә
sәbәbini bilmәdәn o da başını yellәdi. Domi sәsinә faciә-
vi ton verdi:

Sәn mәnә xәyanәt edәndәn bәri,
Saxta öpüşlәrin deyildir yeri...
Deyәrәk, xәncәri göydә oynadı,
Qızın ağ sinәsi qana boyandı.

Uşaqların üzü gülürdü. Xuan alnını qırışdırıb dedi: 235
– İti xәncәr. Oy, Domi, gör nә qәdәr qan axmış olar!
– Özün fikirlәş dә, oğlum, sәnin düyәn kimi bәslәn-
miş cavan qadınıymış.
Kiko dalğın halda qarıya baxırdı.
– Düyә, – o tәkrar elәdi. – Domi, nә olar, inәklәrlә
birlikdә yeyәn oğlan haqqında bir dә oxu da…
– Yox, – Domi cavab verdi. – Bәsdi oxudum. Sonra
boğazım ağrıyacaq, yata bilmәyәcәyәm.
Kiko eşitdiklәrinә o qәdәr qapılmışdı ki, öz tәbii
ehtiyaclarını tamamilә unutmuşdu; ayaqlarının arasın-
dakı nәmliyi hiss elәyәndә, yerindәn sıçrayıb, çәhrayı
vanna otağına qaçaraq qapağı qaldırdı. Ancaq artıq gec
idi.

Saat 17:00

Kiko gah otaqda vurnuxur, gah çarpayılarla şkafın
arasında gizlәnir, hәr dәfә Domi ona baxanda lәnәtә
gәlmiş lәkәni gizlәtmәk üçün tәlәsik ayaqlarını cüt-
lәyirdi. Domi Kristinanı oynadırdı – prospektdәn keçib-
gedәn maşınları ona göstәrir, totuq barmaqlarını sifәtinә
   230   231   232   233   234   235   236   237   238   239   240