Page 236 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 236
toxundurub “şap-şap” elәyirdi, yalnız hәrdәn Kikoya tә-
rәf baxaraq elә-belә soruşurdu:
– Orda nә elәyirsәn, Kiko?
– Heç nә, – uşaq cavab verirdi vә şalvar, dәrisini
sürtsә dә, otaqda ayaqlarını aralamadan gәzirdi.
Xuan yenә “Uzaq Qәrbin fәthi”ni oxuyurdu vә
Kikonun bütün diqqәti qapının arxasından gәlәn sәs-
lәrdә idi. Ağ telefonun üç dәfә zәng çaldığını eşitdi vә
anasının telefonla danışacağını bildiyindәn üç dәfә dә-
rindәn nәfәs aldı. Ancaq nahar vaxtının yaxınlaşdığını
bilirdi vә Ananın vәziyyәti anlaması üçün on saniyә ki-
fayәt edәcәkdi. Kiko kitabı әlindә hәrlәyә-hәrlәyә bir
küncdә dayanırdı, sonra stulun kәnarında dinmәzcә
otururdu, ancaq heç nә kömәk elәmirdi, iyrәnc, biabırçı
tünd lәkә şalvarda necә varsa, elәcә dә dururdu. Vә Do-
mi “Orda nә elәyirsәn?” deyә soruşanda, o diksinib tәlә-
sik cavab verdi: “Heç nә”.
236 – Tualet istәmirsәn, Kiko?
Dominin sözünә Rosita Erkarnadanın adaxlısı kimi
astadan cavab verdi:
– Yox.
Domi onu mәzәmmәtlәdi:
– Yox, yox, bir dә mәlum olacaq ki, hә.
– Yox e, Domi, yox, – Kiko tәkrar elәdi.
– Di yaxşı, – Domi dedi, – özün bil, ancaq şalvarı
islatsan, duduşunu kәsәcәyәm.
– Aha, – Kiko küncdә, Markosun çarpayısıyla şkafın
arasında gizlәnәrәk dedi.
Ancaq anası it kimi iy bilirdi; nümunәvi davranış-
larına görә onları tәriflәyә-tәriflәyә nahara gәlәndә, bir
küncdә sıpıxan Kikonu gördü.
– Nәsә heç xoşuma gәlmir, – yavaşca deyib, birdәn
sәsini qaldırdı: – Kiko!
– Nәdi?
– Bura gәl.