Page 241 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 241
tdan salınmış şahzadə

İkinci: sәn indidәn mәnimlә qoz-qoz oynayırsan, bәs MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
onda axırımız necә olacaq?
241
Vitora qabağa әyildi. O, artıq qışqırırdı:
– Uşağın yanında ağzına gәlәni danışma! Bura sәnin
üçün meyxana deyil.
Femio susdu. Vitora yavaş-yavaş sakitlәşib, bir az
aralıdakı stulda oturdu. Kiko get-gedә artan bir maraqla
әsgәrә göz qoyurdu. Birdәn soruşdu:

– Sәnin xәncәrin var?

– Yox, cavan oğlan.

– Özü dә Afrikaya gedirsәn?

– Çarә nәdir!

– Bәs geri qayıdanda Vitonu öldürәcәksәn?

Femio stulda qurcuxdu.
– Bu ki dәcәlin yekәsidi, – o dedi, – elә öldürmәk-
dәn danışır.
Vitora susurdu. Femio barmaqlarını düymәyә taq-
qıldada-taqqıldada hansısa bir mahnını mızıldayırdı.
Sonra barışmağa cәhd göstәrdi:
– Bu, lap balacasıdı?
– Beşincidi, – Vitora cavab verdi.
– Gör ha, mәnim kimi!
– Mәn sәnin kimiyәm? – Kiko dәrhal soruşdu.
– Hә.
– Ancaq mәnim paltarım yoxdu.
– Paltar? Nә paltar?
Uşaq barmağını uzadıb, onun şalvarına toxundu.
– Bu da sәnin xoşbәxtliyindi, – deyib Femio Vitora-
ya baxdı. – Buna bir bax, lap böyüklәr kimi danışır. Bu,
әn balacasıdı?
– Balacası qızdı, – Vitora dedi.
– Altı uşaq, – Femio başını yana әydi. – Papağı günә
yandırmırlar.
– Hәlә biri dә yoldadı, – Vitora әlavә elәdi.
– Daha sözüm yoxdu! Amma, әlbәttә, onun üçün iki
düjünü böyütmәk, mәnim bir düjünü böyütmәyimdәn
daha asandı.
   236   237   238   239   240   241   242   243   244   245   246