Page 240 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 240
Vitora özünü hirslәnmiş göstәrdi.
– Sәfeh, bu axı oğlandı, – o dedi. – Bir dә ki, uşaq nә
qanır. Otur.
Femio ağ stula oturub, özünü tәmizә çıxarmağa ça-
lışdı:
– Bu bәy balalarından gәl baş çıxar da, üzdәn qıza
da oxşatmaq olar.
Femio danışanda Kiko onun dodaqlarına baxırdı;
Femionun sözlәri yeknәsәq sәslәnirdi. Vitora onun ağ-
zından vurdu:
– Ağıl dәryası, sәn istәyirsәn, dördyaşlı oğlan uşa-
ğının bığı çıxsın?
Əsgәr cәld üç dәfә çiyinlәrini çәkdi, elә bil atın öh-
dәsindәn gәlә bilmәyib, yәhәrdә atılıb-düşürdü.
– Nә olub axı, bir sözdü dedim, indi dә demәmiş
olum.
Kiko әsgәrdәn gözlәrini çәkә bilmirdi. Femio ona
fikir vermәdiyinә görә әzab çәkirdi, ona görә yaxınına
240 getdi.
– Mәn öz duduşumu kәsәcәm, – ayaqlarını aralayıb
dedi.
Femio barmağını ona toxundurdu.
– Ay sәni, kәlәkbaz! İşә, bax belә girişәrlәr. – O,
gülmli sifәt aldı. – Fikir elәmә, bәlkә elә bu cür yaxşıdı.
– Atamın bıcağıyla, – Kiko sözünә davam elәdi.
– Dәli olmusan? O saat ölәrsәn, – Vitora yenә hәyә-
canlandı.
– Boşla getsin, – Femio dedi. – O, problemsiz yaşa-
maq istәyir.
Vitora әllәrini belinә vurub, onun qarşısında dayan-
dı.
– Əgәr bura uşaqla mәzәlәnmәk üçün gәlmisәnsә,
çıxıb gedә bilәrsәn.
Femio әllәrini göyә qaldırdı.
– Sakit, sakit, – o dedi. – İlk әvvәl yadında saxla:
әgәr mәn bura gәlirәmsә, heç dә öz kefimdәn gәlmirәm.
   235   236   237   238   239   240   241   242   243   244   245