Page 237 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 237
tdan salınmış şahzadə

– Yox. MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Bura gәl.
– Yox. 237
– Eşitmirsәn?
– Yox.
– Nә karsala uşaqsan! Bu dәqiqә yanıma gәl!
Kiko ayaqlarını aralamamaq üçün bir neçә dәfә tul-
lanıb, azca qabağa gәldi vә dişlәrini bәrk-bәrk bir-birinә
sıxdı.
– Gәldim, – o dedi.
– Yaxına gәl! – Ana hökmlә dedi.
Kiko bir neçә dәfә dә tullandı. Xuan ona baxıb dedi:
– Yәqin siyib. Yüz faiz.
– Ola bilmәz, – Domi dedi. – Heç iki dәqiqә olmaz
tualetdәn gәldiyi. Elәdi, oğlum?
– Ancaq mәnә elә gәlir ki, “çiş” elәyib, – Ana hirslә
dedi. – Kiko, sәnә son dәfә deyirәm!
Kiko tәlәsmәdiyindәn Ana ona tәrәf getdi, şalvarına
toxunub, “pinti, qanacaqsız, sәnin şalvarına pul çatdır-
maq olmur” deyәrәk, üç dәfә yanına şappıldatdı. Sonra
adәti üzrә әlavә etdi: “Cibxәrcliyini ağlına belә gәtirmә”.
Axırda әsәbi halda Domidәn soruşdu ki, “bәs o, hara
baxır?” Domi isә cavab verdi: “Mәn neylәyә bilәrәm,
bütün günü qorşokda otuzdurum?” Bu yerdә Ana
hirslәndi ki, “bir azca diqqәtli olması kifayәtdi, ona pulu
tәkcә Kristinaya görә yox, hәr iki balacaya baxmaq üçün
verir”. Mübahisә qızışanda Kiko fürsәtdәn istifadә edib
koridora çıxaraq, mәtbәxә qaçdı. Vitora süngәrlә pilәtә-
nin qırmızı qapağını sürtürdü, onu görüb soruşdu:
– Nә olub, Kiko?
– Heç nә.
O, ütü otağına gedib, yataq dәstlәri yığılmış şkafı
örtәn pәrdәnin arxasında gizlәndi. Vitora onun arxasın-
ca gәldi.
– Yanıma gәl, Kiko, – o dedi.
– Zibil, iyrәnc, pox! – Kiko çığırdı.
   232   233   234   235   236   237   238   239   240   241   242