Page 234 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 234
sıçrayıb, Dominin әtәyindәn yapışaraq dedi: – Domi,
Rosita Enkarnada haqqındakı mahnını oxu!

Xuan sevincәk oldu:
– Hә, Domi, xәncәr haqqında.
Kris “ta-ta-ta” deyәndә, Kikonun çiçәyi çırtladı:
– O, Rosita dedi, eşitdin, Xuan? – vә yenә stulda
oturub, gülә-gülә tәkrar elәdi: – Kris Rosita dedi, – sonra
isә üzünü Domiyә tutdu: – Kris artıq danışa bilir, elәdi,
Domi?
Domi onun sözünü kәsdi:
– Nә deyirsiniz, oxuyum, ya yox?
– Oxu, oxu, Domi, – uşaqlar bir ağızdan qış-
qırışdılar.
Domi yenә boğazını arıtladı, ancaq korlar kimi bir
az astadan oxudu:

Biz Afrika savaşından dönәndә,

234 Sevincdәn coşurdu әsgәr qanımız,
O uzaq ellәrdәn döndük vәtәnә –

Söylә, hardasınız әski sevdamız?

Domi sәs tembrini dәyişmişdi. Hәr dәfә әsgәrin
adından oxuyanda, sәsi yavaşıyır, elә bil yerin altından
gәlirdi.

Rosa Enkarnada and içdin mәnә,:
“Gözlәrәm yolunu hәr zaman, hәr an”.
İndi qayıtmışam, de, bu nә işdi? –
Sәn әrә getmisәn, budurmu vәfan?

Qarı fasilә verib, gözlәrini ovsunlanmış kimi onun
ağzına dikәn uşaqları mәnalı-mәnalı süzdü. Birdәn
onun yalvarış dolu sәsi güclәndi:

Allah xatirinә, mәnә rәhm elә,
Nә istәsәn götür, canımı alma.
   229   230   231   232   233   234   235   236   237   238   239