Page 229 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 229
tdan salınmış şahzadə
heç kimdi, vur-tut altıncı uşağın beşincisidi, әn kömәk- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
sizidi. 229
Ananın sәsindә laqeydlik var idi.
– Mәnә elә gәlir, sәn şişirdirsәn, Kuki.
Sükut çökdü. Sonra Ana vә Kuki bibi doğuşdan da-
nışıb, kübar dairәlәrә aid son xәbәrlәri saf-çürük elәdi-
lәr. Nәhayәt, yemәklәrdәn qızğın söhbәt başladı: “Onun
reseptini mütlәq mәnә ver”, “Deyirsәn, dadlıdı?”, “Bilir-
sәn, әvvәl düşündüyündәn xeyli ucuz çıxır”.
Kiko, Kuki bibinin sәsinin sinәsindә necә uğuldadı-
ğını eşidirdi, ancaq Kuki bibi Anaya deyәndә ki: “...Üs-
tündәn atlama yaxşıdı”, uşaq qulaqlarını şәklәdi.
– Kuki bibi, bu, “get atdır” demәkdi?
– Bu nә sözdür! – Kuki bibi dedi, Ana isә pörtdü.
– Ata istәyir ki, ana gedib atdırsın, – Kiko sözünә
davam elәdi.
– Bu nә sözdür! – Kuki bibi tәkrar elәdi.
Ana tezcә dillәndi:
– Ona fikir vermә, ağlına gәlәni danışır.
– Ancaq ata belә dedi, – Kiko çәkinә-çәkinә etiraz
elәdi.
Ana bir an tәrәddüddәn sonra özünü әlә ala bildi.
– Yalan danışma, Ata belә şeylәr demir, – sonra Kuki
bibiyә tәrәf döndü: – Heç bilmirәm uşaq bu sözlәri har-
dan öyrәnir.
Bibinin qucağında büzüşәn Kikonun mavi gözlәri
heyrәtlә anasına baxırdı, sarışın kәkili qaşlarının üstünә
düşmüşdü. Bu an şüşә cingiltisi vә Domiylә Vitoranın
sәsi eşidildi. Ana qonaq otağından güllә kimi çıxdı. Kiko
tәrpәnib Kuki bibinin qucağından döşәmәyә düşәrәk,
koridorla anasının arxasınca qaçdı. O, mәtbәxә çatanda,
Ana Xuanın boynunun dalına şappıldadırdı, hәr vuran-
da da tәkrar elәyirdi:
– Sәnә yüz dәfә demişәm, ev top oynamaq yeri
deyil! Daha cibxәrcliyini ağlına belә gәtirmә!
Arxa qapının yuxarıdakı şüşәsi sınmışdı. Ana qu-
cağında Krisi әylәndirәn Domiyә dedi: