Page 224 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 224
– Dayan! Dostum, indi alnına bir güllә sıxmaq
xoşbәxtliyi mәnә nәsib olacaq.

Kiko heç nә anlamadan gülümsәdi. Xuan әlavә
elәdi:

– Sәn әllәrini qaldırmalısan, Kiko.
Kiko әllәrini qaldırdı.
– İndi isә, – Xuan dedi, – sәn tapançanı çıxarıb mәni
vurursan.
Kiko cibini qurdalayıb, diş pastasının tübikini çıxa-
raraq, qardaşına tәrәf tuşladı:
– Bum!
– Yox, – Xuan ona irad tutdu, – әvvәlcә de: “Al gәldi,
xәbis!”
– Al gәldi, xәbis! – Kiko dedi.
– Yox, – Xuan tәkid elәdi, – sonra “Bum!” de.
– Bum! – Kiko dedi.
– Belә yox, – Xuan hirslәndi, – әvvәlcә “Al gәldi,
xәbis!” demәk lazımdı.
224 – Al gәldi, xәbis!
– Elә yox! – Xuan qışqırdı. – De: “Al gәldi, xәbis,
bum!”
– Al gәldi, xәbis, bum! – Kiko tәkrar elәdi.
Xuan tüfәngi әlindә sıxıb, gözlәrini süzdürәrәk,
döşәmәyә sәrildi.
– Bitdi, – Kiko gülümsәdi, – mәn sәni öldürdüm.
Xuan durmağa tәlәsmәdi. Tüfәngi әlindәn buraxıb
әllәrini qarnında cütlәdi. Kiko dedi.
– Bitdi, qalx ayağa, Xuan.
Ancaq Xuan qımıldanmadı. O, gözlәrini yumub,
ölü duası oxuyurmuş kimi mızıldadı:
– Mәn, Xuan, Allahın mәrhәmәtiylә…
– Yox, Xuan, – Kiko dedi, – qalx!
– Ağır itkidәn sarsılan atam, anam, qardaşım, bacı-
larım, ruhumun rahatlıq tapması üçün dualar oxu-yur-
lar.
– Qalx, Xuan, – Kiko tәkrar elәdi.
   219   220   221   222   223   224   225   226   227   228   229