Page 226 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 226
onun qucağında özünü lap balaca, hәm dә tәhlükәsiz-

likdә hiss elәyirdi.

– Sәn bizim gözәl-göyçәk balamızsan.

Kuki bibi astadan danışırdı, elә bil zümzümә elә-

yirdi, onun öpüşlәri adamı sığallayırdı, daha Vitoranın

öpüşü kimi qulağının dibindә partlamırdı.

Qonaq otağı sәliqә-sahmanlı idi, xoş bir sakitlik

hökm sürürdü vә bunun tәsiriylә – ya ola bilsin, bir az

әvvәl üzünü, qollarını, dizlәrini yuduqlarına görә, – Ki-

ko da az qala pıçıltıyla danışırdı:

– Mәn bu gün yerimi islatmamışam.

– Bizim balaca çox sәliqәlidi, hә?

– Aha, Kris isә tumanını batırdı.

– Lap elә batırdı?

– Hә, o, pintidi, vaxtı çatanda demir.

– O, hәlә balacadı, başa düşürsәn? Kris balacadı,

vaxtını hiss elәmir. Sәn onu öyrәdәrsәn, yaxşı, balaca?

226 – Yaxşı.
Kuki bibi onu qucağında elә tuturdu ki, yerә düş-

mәk istәmirdi, nәfәsi tәngimirdi. Kuki bibinin sәsi onu

sakitlәşdirirdi, ona lay-lay çalırdı, ona yuxu gәtirirdi,

istәyirdi çox yaxşı uşaq olsun, hәmişә, hәmişә yaxşı uşaq

olsun. Ana qonaq otağına girib, adәti üzrә, sәrt baxışlarla

onu süzdü.

– Onu әzizlәmәk lazım deyil, Kuki bibi, – anası

dedi, – o, dәcәllik elәyib.

Kuki bibi qorumaq istәyirmiş kimi, onu bәrk-bәrk

qucaqladı.

– Yox, o, dәcәl deyil, bilmәdәn olub.

– Ancaq mәn sәhәr yerimi islatmamışdım, – Kiko

dedi.

– Əlbәttә, bizim uşaq yerini islatmayıb.

– Kris isә yerini batırıb.

– Görürsәn, – Kuki bibi dedi.

Kiko başını Kuki bibinin iri döşlәrinin üstündә ra-

hatladı, gözlәrini yumdu.
   221   222   223   224   225   226   227   228   229   230   231