Page 231 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 231
tdan salınmış şahzadə

– Hara, Xuan? MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Mәni harda döymәsәlәr, ora.
– Nә vaxt, Xuan? 231
– Bu gecә.
– Bu gecә evdәn qaçacaqsan, Xuan?
– Aha.
– Özünә tәzә ana tapacaqsan?
– Əlbәttә.
Kikonun matı-qutu qurumuşdu. Xuan Pablo ilә
Markosun çarpayısını göstәrib, lap astadan pıçıldadı:
– Mәlәfәlәri bir-birinә bağlayıb eyvandan düşә-
cәyәm.
– Falçılar kimi?
– Hә, falçılar kimi.
Kiko gözlәrini döyüb, gülümsәyәrәk dedi:
– İstәyirәm falçılar tank bağışlasın. Bәs sәn nә
istәyirsәn, Xuan?
– Bircә o qalmışdı! – Xuan dedi.
Domi onlara baxdı:
– Orda nә pıçıldaşırsınız?
– Heç nә, – Xuan cavab verdi.
Kiko cibindәn tübiki çıxartdı vә domuşub mühәrrik
kimi uğuldaya-uğuldaya, hәrdәn “bip-bip” elәyә-elәyә
onu döşәmәdә gәzdirmәyә başladı. Pablonun çarpa-
yısının altında nәsә parıldayırdı. Kiko yaxına gedib,
bunun balaca çәkmәçi mismarı olduğunu gördü. O, mis-
marı götürdü, Domiyә baxıb, cibinә qoydu. Sonra dikә-
lib, tübiki gizlәdәrәk Xuana yaxınlaşdı.
– Mәn darıxıram, – o dedi.
Xuan “Uzaq Qәrbin fәthi”ni oxuyurdu. Kiko göy
rәngin çox olduğu şәkli görüb, Dominin qara paltarının
әtәyindәn tutaraq, onu baxmağa mәcbur elәdi.
– Bax, Domi, San-Sebasdı.
– Hә, hә, – Domi cavab verdi.
– Mariloli yadındadı?
– Bea da.
   226   227   228   229   230   231   232   233   234   235   236