Page 228 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 228
– Onlar nә danışırlar ki?
– Hәr cür kompleksdәn, ona oxşar şeylәrdәn. Bütün
bunlar uşaqlıqdan başlayır. İndi nәsә sәnә xırda bir şey
kimi görünür, ancaq böyüyәndә dönüb olur kompleks.
Bunu başa düşmәk elә dә asan deyil, ancaq bilirsәn,
Pepa Krus deyir ki, kompleksli olmaqdansa, xәstәlәn-
mәk yaxşıdı, kompleks çox tәhlükәli şeydi.
Ananın sәsi metal millәrin cingiltisinә qarışırdı.
– Boş şeydi, – o, yenә tәkrar elәdi: – Boş şeydi. Əgәr
psixiatrlara qulaq assan, gәrәk addım atmayasan.
Kuki bibi sәsini alçaltdı:
– Sәnә bir misal çәkim, uzağa getmәk lazım deyil:
Luis Peales.
Millәrin cingiltisi kәsildi.
– Nә olub ki?
– Nә? O olub ki, Luis on beş yaşına qәdәr hamının
yanında lüt gәzib, indi isә evlәnib, ancaq arvad-zad onu
228 maraqlandırmır. Boşanmaq üçün Romada mәsәlә qal-
dırıblar.
– Dәqiq söhbәtdi? – Ana azca narahatçılıqla soruş-
du.
– Çox dәqiq.
Metal cingiltisi yenidәn eşidildi. Ananın dizinin üs-
tündә, toxuduğunu içinә qoyduğu sintetik çanta var idi.
Kuki bibinin döşlәri elә bil yaylı idi, danışanda enib-qal-
xırdı vә Kikonun qulağında әks-sәda verәn bu sәs ona
yuxu gәtirirdi.
– Onlar elә balacadılar, – Kuki bibi danışırdı. – Za-
vallılar, onların qayğısına nә qәdәr çox qalınsa, yenә
azdır… Onlar çox hәyәcan keçirirlәr. Biz bunu hiss et-
mirik, ancaq onlar әzab çәkirlәr. Onlarla gәrәk ehtiyatlı
davranasan. Sәn hәlә bu zavallıya bax. Dünәnә qәdәr
evin ağası idi, bu gün isә heç nәdi. Hәr şeyi gәrәk
ehmalca görәsәn, әsas da әgәr söhbәt kompleksdәn ge-
dirsә. Özünü bir onun yerinә qoy, Merçe, dünәn hamı-
nın sevimlisiydi, hamı onun başına dolanırdı, bu gün isә