Page 225 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 225
tdan salınmış şahzadə

Xuan gözünü aralayıb, böyük qanadları olan aba- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
jura baxaraq xırıltılı sәslә dedi:
225
– Uzun quyruğu, iti buynuzları olan şeytan da…
– Yox, Xuan, qalx! – Kiko çığırdı.
Bu vaxt qızcığazın ağladığı eşidildi. Xuan dәrhal
yerindәn sıçradı.
– Kris oyandı, – o dedi.
Hәr ikisi “ta-ta-ta” deyә-deyә qız yatan otağa girdi.
Xuan pәrdәni çәkdi. Qız isә yumru yanaqlarını şişirdib
gülümsәdi. Kiko adyalı qızın üstündәn atdı, әlini onun
dalına toxundurub, qışqıra-qışqıra koridora qaçdı:
– Domi, Kris çarpayısını isladıb!
Sonra qonaq otağına gedib, elә qapının ağzındaca
xәbәri çatdırdı. Anası Kuki bibiylә oturmuşdu. Kuki bibi
ona baxıb, “ox” deyәrәk gülmәyә başladı, Ana isә
hәyәcanlandı:
– İlahi, kim sәni belә bәzәyib?
Kiko otağın ortasında dayandı.
– Necә? – o soruşdu.
– “Necә”, “necә”, – Ana yerindәn dura-dura tәkrar
elәdi. Onun әlindәn tutub fırladı. – Bәs bu nәdi? İlahi,
tәzәcә şalvardı, – vә onun dalına iki şapalaq vurdu. – Vi-
tora, Domi!
Vitora otağa girәndә, onun alnında, qollarında, diz-
lәrindә vә şalvarının arxasındakı qırmızı lәkәlәri görüb,
doğrudan da, qorxdu.
– Ay Allah, – dedi, – elә bil çarmıxa çәkilmiş bala-
ca İsadı.

Saat 16:00

Kikonun üzünü, qollarını, dizlәrini yuyub, şalvarını
dәyişmişdilәr vә indi Kuki bibinin dizinin üstündә din-
cәlirdi. Kuki bibi pәrqu balınc kimi yumşaq vә rahat idi;
   220   221   222   223   224   225   226   227   228   229   230