Page 232 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 232
– Bea da?

– Əlbәttә, Bea da Allahın dilsiz-ağızsız heyvanıdı,

elә?

– Mәn San-Sebasa getmәk istәyirәm, Domi.

– Qoy istilәr düşsün. İndi soyuqdu.

– San-Sebasda da inәklәr var, elәdi, Domi?

– Əlbәttә, var.

Kiko duruxub, birdәn dedi:

– Domi, inәklәrlә bir yerdә yemәk yeyәn oğlan haq-

qında oxu, yaxşı?

Xuan kitabı örtdü.

– Hә, Domi, nә olar, oxu, – Xuan da tәkid elәdi.

Domi qızı stola oturdub yıxılmaması üçün ona göz

qoyurdu. Kris stolda imәklәyә-imәklәyә “ta-ta-ta”

elәyirdi, ya da oturub Dominin burnunu, qulağını

qurdalayırdı.

– Kris, sus, – Kiko dedi. – Domi mahnı oxuyacaq.

232 – Öz stulunda otur, – Domi hökmlә dedi.
Kiko kiçik hörmә kreslonu qarının yanına sürüyüb

oturdu. Hәr iki uşaq gözünü Dominin ağzına dikdi. Do-

mi boğazını arıtlayıb, axır ki, başladı:

Bir әhvalat danışım
rәhmsiz, pis adamdan,
cinayәtkar atadan:
Valdepenyasda öz
Oğludu – heç baxmadı,
bir tövlәyә qapadıb,
hey ac-susuz saxladı.
Dominin qәmli titrәk sәsi sözlәrin tәsirini daha da
artırırdı. Kiko alt dişlәrin arasındakı qara boşluqlara ba-
xırdı; bu qara oyuqlar onu lap qorxuya salırdı, tüklәri
biz-biz olurdu.

İnәklәrin payından,
ot-әncәrdәn, yoncadan
   227   228   229   230   231   232   233   234   235   236   237