Page 238 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 238
Vitora әlini belinә qoydu, sonra pәrdәni çәkib, ona
sarı әyildi:

– İndi Vitonun da üstünә çığırırsan. Yazıq Vito sәnә
nә elәyib?

Kiko dillәnmәdi. Vitora sözünә davam elәdi:
– Vito sәni sevmәsә, kimә lazım olacaqsan? Mәgәr
Vito pisdi? Di cavab ver.
Kiko dişlәrini bir-birinә sıxıb susurdu.
– Tumanı islatmısan, hә? Böyüklәr kimi tualetә get-
mәyi nә vaxt öyrәnәcәksәn? De görüm, nә vaxt?
– Bilmirәm, – Kiko başını aşağı salıb, axır ki, mәyus
halda cavab verdi.
Vitora әlini qab dәsmalıyla sildi. Onun bilәyi heç
vaxt başqalarınınkı kimi düz durmurdu. Qırmızı şkafı
açıb eşәlәdi, bir şalvar tapıb, alçaq stulda oturdu.
– Yanıma gәl, – o dedi.
Kiko dinmәzcә yaxınlaşdı. Vitora çiyinbağını açdı.
– Anan sәni şapalaqlayıb?
238 – Hә.
– Dalına-dalına?
– Aha.
– Yenә tumanını isladacaqsan?
– Yox.
– Görәk dә.
O, Kikonu mәtbәxә aparıb dedi:
– Burda gözlә. Vitora әynini dәyişәcәk.
– Gәzmәyә gedirsәn, Vito?
– Yox. Femio bura qalxacaq.
– Hә-ә.
Kiko onun ütü otağında necә geyindiyinә qulaq
asırdı vә birdәn qışqırdı:
– Vito!
– Nәdi?
– Mәn öz duduşumu kәsәcәm.
Vitora qorxudan gözlәri böyümüş halda mәtbәxә
cumdu.
   233   234   235   236   237   238   239   240   241   242   243