Page 242 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 242
– Axı hardan bilirsәn?
Femio barmağıyla koridora açılan qapını göstәrdi.
– Rәisdi? – o dedi. – Onun üçün yüz milyon heç nә-
di, mәgәr elә deyil?
– İndi pulun dәyәri yoxdu.
Femio әlini yellәdi.
– Qoy sәn deyәn olsun, – o dedi. – Əgәr yeddi riala
görә burda canını üzmәyin sәnә xoş gәlirsә, onda bu, ar-
tıq başqa mәsәlәdi.
Kiko sakitcә dayanmışdı, ancaq Femio susanda, o
soruşdu:
– Sәnin tapançan da yoxdu?
– Yoxdu.
– Ancaq Kuki bibi mәnә tapança söz verib.
– Sәnin nә vecinә.
Vitora pәrt idi. Dirsәklәrini stola qoyub, başını әllә-
rinә söykәmişdi.
– Bәs Abelardo necә oldu?
242 – O qalır. Ancaq artıq onunla danışmışıq, mәn hәr
şeyi ona açıqca dedim.
– Nәdi, dalaşdınız?
– Elә dә yox. Çağırış mәntәqәsindәn çıxanda, o de-
di: “Sәnin dә bәxtin gәtirmir, maymaq”, mәnsә cavabın-
da dedim: “Dayan, dayan, mәnim atam var, anam var,
hәr әlimdә beş barmağım var, özgә dә nәlәrimsә var,
ona görә sözlәrinә fikir ver”. O saat geri verdi: “Mәn…
Mәn elә demirdim. Sәnә hәmişә çәtini düşür”. Mәn dә
söz altda qalmadım: “Bilirsәn, Abelardo, danışmamış-
dan әvvәl fikirlәşmәk lazımdı, birdәn sәni başqa cür ba-
şa düşәrlәr”. Zor demişәm, hә?
Femio başını qaldırıb, mәtbәxә göz gәzdirdi. Sonra
stuldan qalxdı. Get-gedә evә öyrәşirdi. Kiko onu baş-
dan-ayağa gözdәn keçirdi. Femio gimnastyorkasının
cibindәn “Selta” siqareti çıxartdı. Yandırıb başını yana
әyәrәk gözlәrini yumdu. Dәrindәn qullab vurandan son-
ra dedi: