Page 243 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 243
tdan salınmış şahzadə

– Maraqlı yerdi. – Qırmızı qapaqlı pilәtәni gözdәn MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
keçirib, ona söykәnәrәk, siqaret tutan әliylә kolonkanı
göstәrdi: – Bәs bu nә üçündü? 243

– Qab-qacağı isti suyla yumaq üçün, – Vitora cavab
verdi.

Femio istehzayla gülümsәdi.

– Gör ha, özlәri üçün hәr rahatlıq düzәldiblәr, – o

dedi.

Kiko çәkinә-çәkinә onun şalvarından çәkdi.
– Femio, – o soruşdu, – sәn orda çox pis adam
öldürәcәksәn?
– Yox, bala, – әsgәr uşağa sarı әyildi, – hәvәs yoxdu.
– Ancaq atam yüz dәnә pis adamı öldürüb.
– Sәnin atan hәr şeydәn yarıyıb.
Vitora birdәn әlini gözlәrinә aparıb hönkürdü.
Femio ona tәrәf getdi.
– Heç yeridi, – o dedi.
Vitora nәsә mızıldaya-mızıldaya hıçqırırdı. Uşaq
onun ayaqlarını qucaqladı.
– Ağlama, Vito, – o ağlamsındı.
– Zәhmәt olmasa, de görüm, indi ağlına nә gәlib?
Orda qadın-zad da yoxdu, narahat olmaya bilәrsәn, –
Femio dedi.
Vitora yaşlı gözlәrini qaldırdı.
– Bәs qaralar? – o soruşdu.
Femio nifrәtlә ağzını büzdü:
– Qaralar? Mәgәr onlar qadındı?
Vitoranın ağlamağı qәfil kәsildi.
– Tutaq ki, elәdi, – o dedi, – ancaq sizә lazım olan
şey üçün yarayarlar.
Femio bir әliylә onun belini qucaqladı, barmaqları
paltarın yarığından içәri keçdi.
– Özün bilirsәn ki, mәn ağları xoşlayıram, nә qәdәr
ağ olsa, bir o qәdәr yaxşıdı.
Vitora onun әlini itәlәdi.
– Əl çәk, – o, göz yaşları içindә gülümsәdi. – Senyor
Makariogilә bir dә nә vaxt gedәcәyik?
   238   239   240   241   242   243   244   245   246   247   248