Page 245 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 245
tdan salınmış şahzadə

Kiko soruşdu: MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Femio, Afrika uzaqdı?
– Uzaqdı. 245
– Ördәklәr olan nohurdan da uzaqdı?
– Uzaqdı.
– Yarmarkadan da uzaqdı?
– Uzaqdı.
Kiko bir an fikrә getdi.
– Hәtta atamın o biri evindәn dә uzaqdı?
– Uzaqdı, balaca.
Kiko sağ әlini yellәdi.
– Vay sәni! – o dedi.
Vitora hәlә dә pәrt idi.
– Bu uşağın ağlına nәlәr gәlmir, – o dedi.
– O, ağzının dadını bilir, – Femio Vitoraya yaxınlaş-
dı. – Demәli, sülh?
Vitora mehribancasına ona baxdı:
– Neylәmәk olar.
– Daha ağlamayacaqsan?
Vitora başını yırğaladı. Onlar üzbәüz dayan-
mışdılar. Vә o, lap yaxına gәlib, Vitoranın belini qucaqla-
yaraq dodağından öpdü. Vitoranın әllәri әsgәrin
kürәyindә çarpazlaşmışdı. Vә o, müqavimәt göstәrmә-
diyindәn, Femio qızı bu dәfә lap bәrk-bәrk öpdü. Kiko
onlara heyrәtlә baxırdı vә öpüşün qurtarmadığını gö-
rәndә qışqıra-qışqıra Femionun qıçına vurdu:
– Ey, onu dişlәmә!
Ancaq nә Vitora, nә Femio onu eşitmәdi vә o, yenә
әsgәri vura-vura qışqırdı:
– Onu dişlәmә!
Femio ona fikir vermirdi. Onda uşaq әsgәrdәn ara-
lanıb, barmaqlarının ucunda qalxaraq qapını açdı vә ko-
ridora çıxıb, qışqıra-qışqıra hamını çağırdı:
– Ana, Domi, Xuan, bura gәlin! Femio Vitonu
dişlәyir!
   240   241   242   243   244   245   246   247   248   249   250