Page 249 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 249
tdan salınmış şahzadə

nı mәmnunluqla açıb gülümsәyirdi. Şәkli çәkә-çәkә dә MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
izah elәyirdi:
249
– Bu, senyordu, bu da qatardı, onun çoxlu-çoxlu
tәkәrlәri var – tak-tak-tak-tak-tak, tak-pi-i-i-i, – senyor
qatara minib öz evinә gedir, bu da maşındı, maşın xarab
olub, bu da başqa senyordu…

Şәkli çәkib qurtaranda, döşәmәdәn qalxıb Xuana
yaxınlaşdı.

– Bax, Xuan, – gülümsәyәrәk dedi.
Xuan diqqәtlә şәklә baxdı.
– Heç nә başa düşmürәm, – axır ki, dillәndi.
– Başa düşmürsәn?
– Yox, bu, nәdi?
– Senyor qatarda gedir.
– Bәs bu?
– Bu, günәşdi, bu da maşınla o biri senyordu.
O, tәrif gözlәyә-gözlәyә qardaşına baxırdı, ancaq
Xuan yenә tәkrar elәdi:
– Heç nә başa düşmürәm.
Domi iki dәfә stuldan durub, qapını aralayaraq
qulaq asdı. Sakitlik idi. On dәqiqә sonra Xuana dedi:
– Xuanito, oğlum, qaç mәtbәxә, gör Vito ilә Femio
neylәyirlәr.
– Eh, – Xuan dilini sürüdü.
– Get, әzizim.
Xuan qapının dәstәyindәn yapışdı.
– Ey, – Domi ona xәbәrdarlıq elәdi, – de ki, su iç-
mәyә gәlmişәm, sәni mәn göndәrdiyimi ağzından qaçır-
ma ha?
– Yaxşı.
Xuanı gözlәyә-gözlәyә Domi qızın әlindәn tutub
otaqda gәzişdi. Kris döşәmәdә gördüyü hәr şeyin qar-
şısında dayanıb, “a-ta-ta” deyә-deyә aşağı dartınırdı.
Domi isә әyilmәmәk üçün etiraz elәyirdi: “Pisdi, pis. Biz
ona toxunmayacağıq, elәdi, qızım?” Xuan qayıdanda
Domi maraqla soruşdu:
   244   245   246   247   248   249   250   251   252   253   254