Page 254 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 254
– Yox, Kris, yox, onu yemirlәr.
Qırmızı zolaqlar qızın qulağına kimi gedib çatırdı
vә Kiko öz gördüyü işә nәzәr salıb dedi:
– Sәn televizordakı hinduya oxşayırsan.
Birdәn uzaqdan anasının ayaqqabılarının parketdә
çıxartdığı taqqıltı eşidildi vә Kiko qorxub hәr şeyi cәld
şkafa doldurmaq istәdi, ancaq yıxılıb, dirsәyi döşәmәyә
dәydi. Anası dedi: “Domi, Domi, nә yaxşı uşaqların sәsi
çıxmır?” Domi mәtbәxdәn onun qarşısına gedә-gedә
cavab verdi: “Onlar otaqdadılar, başları oynamağa qa-
rışıb”. “Bәs niyә vanna otağında işıq yanır, Domi?” – ananın
bu sözlәrinә Domi: “Bilmirәm, senyora”, – dedi. Ancaq ad-
dım sәslәri rәhmsizcәsinә yaxınlaşırdı vә Kiko Kristina-
nın әlindәn tutub bәrkdәn dedi:
– Belә elәmәk olmaz, Kris, ana sәni şapalaqlayacaq.
Ağız-burnu boyanmış Kris sakitcә ona baxırdı vә
Kiko әyilib bacısının qulağına pıçıldadı:
– Sәni döymәyәcәklәr, Kris.
254 Sözünü bitirmәmişdi ki, anası qorxmuş halda
qışqırdı, Kiko isә mәsum baxışlarla ona baxaraq dedi:
– Özü elәdi.
Ana qızı qucağına götürüb, Domiyә sarı çöndü:
– İndi deyin görüm, bundan sonra sizә necә uşaq
etibar elәmәk olar?
Bu vaxt Xuan kandarda peyda oldu.
– Buna bir bax, – o dedi, – әmәlli-başlı qırmızıdәrilidi.
Domi isә dedi:
– Vur-tut bircә dәqiqә mәtbәxdә olmuşam.
Bu yerdә Ana qışqırdı ki, onun mәtbәxdә nә işi var,
o, qәsdәn özünü belә aparır, günlәrin bir günü uşaqlar
nәdәnsә zәhәrlәnәcәk, bundan sonra uşaqları ona necә
etibar elәsin vә nәhayәt, Domi qulaq asmaqdan bezib
dedi:
– Senyora, әgәr mәndәn narazısınızsa, özünüz bilin.
Ana dayandı.
– Hә, Domi, mәn sizdәn narazıyam. Özünüz qәrar
verin.