Page 255 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 255
Taxtdan salınmış şahzadə MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ

Ana, Kris dә qucağında dabanlarını yerә döyә-döyә
koridorla uzaqlaşdı. Kiko onun arxasınca qaçıb soruşdu:

– Bәs Krisi döymәyәcәksәn?
Anası bayaq Domi ilә danışdığı tonda da ona cavab
verdi:
– Yox, o, hәlә balacadı. O, günahkar deyil. Döyülsә
dә, bu işdә günahı olanlar döyülmәlidi. O isә hәlә bala-
cadı, nә elәdiyini bilmir.

Axşam saat 19:00

Dominin gözlәri şişmişdi, әlindә ağ yaylıq var idi 255
vә xeyli qoca görünürdü. Vitora ağır sükutu aradan qal-
dırmaq üçün tranzistoru açmışdı. Onun da gözlәri qızar-
mışdı vә mәtbәxdә hәvәssiz-hәvәssiz fırlanırdı. Domi
dedi:

– Femio da bir yandan. Sәncә, mәn belә münasibәtә
layiqәm? Neçә dәfә mәnә deyib: “Senyora Domi, siz mә-
nim üçün ana kimisiniz”. Özünüz gördünüz, necә ana-
yam! Axı birgünlüyә, ikigünlüyә getmirdi ha.

Vitora onun qarşısında dayandı:
– Bәsdirin, senyora Domi. Mәni rahat buraxın. Mәn
bu sözü azı iyirmi dәfәdi eşidirәm. İndi mәndәn nә istә-
yirsiniz?
– Niyә çәmkirirsәn? Mәn elә bir şey demәdim ki,
üstümә çәmkirәsәn.
Diktor tranzistorda ahәngdar bir sәslә danışırdı:
“Atılmış uşaq olan yazıq Mariya Pyedad artıq böyümüş-
dü vә bir soyuq qış sәhәri iş tapmaq üçün senyora mar-
kizanın evinә gәldi”.
Vitora başı ilә radionu göstәrdi:
– İndi mәlum olacaq ki, onun qızıdı.
Kiko çömbәlib nәyisә döşәmәdә gәzdirirdi vә yenә
sükut çöküb, yalnız Mariya Pyedadın zәrif sәsi eşidilәn-
dә, ayağa durub Domiyә dedi:
   250   251   252   253   254   255   256   257   258   259   260