Page 256 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 256
– Domi, getmә, istәmirәm sәn gedәsәn.

Domi onu özündәn uzaqlaşdırdı:

– Günah sәndәdi. Əgәr getsәm, sәnin ucbatından

gedәcәyәm, aydındı?

– Yox, Domi.

– “Yox, Domi”, “yox, Domi”, bәs Krisi kimi boya-

mışdı?

– Özü elәmişdi.

– Özü, özü… Elә bilirsәn Domi heç nә qanmır...

Buna bax, qulağını sallayıb oturub?

– Mәn qulağımı sallamamışam, Domi.

– Hәlә mәnә kobud cavab da verirsәn, – qarı dedi.

Kiko kәdәrlәndi.

– Mәn kobud danışmıram, Domi, – o dedi. – Mәn

elә-belә, sәninlә danışıram.

Tranzistor öz işindәydi: “Senyora markiza artıq

sarayda gәnc Mariya Pyedadsız keçinә bilmirdi. Bir yaz

256 axşamı o dedi: “Mariya Pyedad, sәn gözәl, sakit bir
qızsan…”

Kiko mәtbәxdәn çox qәmgin halda çıxdı; o, qapını

örtdü vә “senyora markiza ağzını yumdu”. Sağdakı otaq

qaranlıq idi vә o, sola – qonaq otağına tәrәf döndü.

Ana lampanın altında oturub, boz yumaqdan ip çә-

kәrәk toxuyurdu, onun arxa tәrәfindә isә Kristina açıq-

yaşıl xalçanın üstündә uzanıb, iri gümüş alışqanla

oynayırdı. Xuan “Uzaq Qәrbin fәthi”ni әlindә tutub,

Ana ilә üzbәüz oturmuşdu. Ana әsәbiydi vә sanki hәr

dәfә millәr bir-birinә dәyәndә, hәyәcanı millәrin ucun-

dan qığılcım kimi uçuşurdu. Kiko yaxına gәldi. Ana ona

baxmadan dedi:

– Əlini çәk.

Kiko әlini kreslonun qoltuqaltından çәkib, anasını

tәzәdәn hirslәndirmәmәk üçün tәrpәnmәkdәn qorxaraq,

elәcә havada saxladı. O, astadan dedi:

– Ana, mәn istәmirәm Domi getsin.

– Get ona de.
   251   252   253   254   255   256   257   258   259   260   261