Page 257 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 257
tdan salınmış şahzadə

Kiko bir az gözlәyib, sözünә davam elәdi: MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
– Əgәr Domi getsә, bir dә heç vaxt, heç vaxt
qayıtmayacaq? 257
– Başqası gәlәcәk, – Ana dedi.
– Mәn başqasını istәmirәm.
O, kreslonun bir ucunda oturdu, cibindәn mismarı
vә diş pastasının tübikini çıxarıb, mismarı iki barmağıyla
tutaraq fırlatmağa başladı.
– Əlindәki nәdi? – Ana soruşdu.
– Mismardı, – mismarı anasına uzatdı, – götür,
Krisә batmasın.
Ancaq Ana ilgәklәri saya-saya mızıldadı: “Bir dәqi-
qә” vә qarılar dua elәyәndә pıçıldadığı kimi, dodağının
altında mızıldayanda, Kiko birdәn hiss elәdi ki, tualetә
getmәlidi vә ayaqlarını bir-birinә sıxıb, gәrginlikdәn qıp-
qırmızı oldu. Bu vaxt Ana dedi: “Onu bura ver”. “Nә-
yi?”– o soruşdu. Ana başını qaldırıb dedi:
– Mismarı, onu neylәdin?
Kikonun pörtmüş halda oturduğunu görüb, sәsini
qaldırdı:
– Onu neylәdin? Yoxsa uddun?
Etiraz etmәkdәn qorxub, Kiko başını tәrpәtdi. Ana
yerindәn sıçrayıb, iki әliylә onun başından tutdu:
– De görüm, doğrudan mismarı udmusan?
– Aha, – Kiko çәkinә-çәkinә dedi.
– Dur, tez dur ayağa! – Ana hövllәndi vә Xuan ki-
tabı jurnal stolunun üstünә qoyub, hәsәdlә qardaşına
baxdı, Ana isә stolu, kreslonu, döşәmәni axtara-axtara
tәkrar elәyirdi: “İlahi, ilahi, bu necә uşaq oldu”. O,
xalçanı qaldırıb, Xuana dedi: “Bir mәnә kömәk elә” vә
onlar ikilikdә evin altını üstünә çevirdilәr.
– Yoxdu, heç harda yoxdu, – Ana dedi, – görәn, doğ-
rumu deyir?
Kikonu qarşısında oturdub, hәr iki әliylә böyürlә-
rindәn sıxdı.
– Doğrudanmı, onu udmusan? Doğrudanmı, doğ-
rudanmı?
   252   253   254   255   256   257   258   259   260   261   262