Page 258 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 258
Kiko başını tәrpәtdi. Ana kreslonun altına, jurnal

stoluna baxa-baxa deyirdi: “İlahi, belә dә dәhşәt olar”.

– Axı bircә saniyә әvvәl әlindәydi. Uşaq onu әlindә

tutub mәnә uzadırdı.

Ana az qalırdı ağlasın. Kiko mәtbәxә getdi vә qapını

açanda “senyora markizanın hönkürtüsünü” eşitdi: “Qı-

zım mәnim, qızım mәnim!”

Vitora burnunu sildi.

– Mәn nә demişdim…

Domi yaylığı gözünә apardı. Kiko mәtbәxin ortasın-

da dayanıb dedi:

– Mәn mismar udmuşam.

Onun arxasınca özünü itirmiş biçarә Ana qaçıb gәl-

di. Sir-sifәtindә yad nә varıydısa; tuş, әnlik, dodaqla-

rındakı pomada, dırnaqlarındakı çәhrayı lak – hamısı

sanki solğun dәrisindә üzә çıxmışdı. Domi stuldan sıç-

rayıb, Kikonun qolundan tutaraq dartdı:

258 – İlahi, bu nә müsibәtdir! Senyora, bu doğrudurmu?
Ana zorla danışa bilirdi.

– Onda işiniz yoxdur, – o pıçıldadı, – mәn özüm tәq-

sirkaram.

– Müqәddәs Mәryәm! – Vitora dedi.

Ana bir yerdә dayana bilmirdi, tuflisinin birini ge-

yinib, telefona sarı qaçdı. Heç nә demәdәn dәstәyi yerinә

qoydu. Xuan onun arxasınca fırlanırdı. Vitora әyilib

Kikodan soruşdu:

– Sancı verir?

– Aha.

– Haran sancır, oğlum?

– Buram, – Kiko ağzını göstәrdi.

Ana yaxınlaşıb, әlini ehtiyatla onun qarnına qoydu.

– Bura, ya ora? – astadan soruşdu.

Kiko qarnını, anasının әlindәn yuxarını göstәrdi:

– Bura.

– İlahi, ilahi, – Ana dedi. Yenә dәstәyi götürdü.

Domiyә tәrәf çöndü: – Mәnә dabansız tufli gәtirin, – vә
   253   254   255   256   257   258   259   260   261   262   263