Page 262 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 262
– Üç, – Ana cavab verdi. – Apreldә dörd olacaq.
– Gördün, mәn deyәndi.
Kiko anasının әlini sıxırdı, Ana isә tuflisinin bur-
nuyla döşәmәni taqqıldadırdı.
Kabus siqaretdәn bir qullab da vurub soruşdu:
– Sәn әsәbilәşirsәn?
Ana yenә gülümsәdi:
– Açığını deyim ki, hönkürtümü zorla saxlayıram.
– Nә boyda mismardı: beş santimetr, dörd, üç, on-
dan kiçik?
Ana qırmızı toranlıqda әlini qaldırdı:
– Tәxminәn belә, mәncә, iki santimetr yarım olardı.
Kabus siqaret kötüyünü küncdәki külqabına atdı.
– Di baxaq, – dedi. – Onu soyundur. Hamısını lazım
deyil, köynәyini qaldırmaq kifayәtdir. Bax, belә. – Uşağı
şüşәnin arxasına saldı, aparatı işә saldı, otaq uğultuyla
doldu. – Baxaq, – o, tәkrar elәdi.
262 Kiko anasına dedi:
– Əlini mәnә ver.
Ana tez-tez hәyәcanla nәfәs alırdı. Kabus hәrdәn
mızıldayırdı: “Burda heç nә yoxdu… tәmizdi… tәmiz-
di… Balaca, sәni ağrıtmıram ki? Yaxşı… tәmizdi, – uşa-
ğın qarnından basdı. – Yaxşı… burda da heç nә yoxdu…
tәmizdi… heç nә görünmür… Burda isә… Dön bir.
Ağrıdır?.. Yenә heç nә… doğrusu, qәribәdi: yad cisim
dәrhal görünmәlidi”. Uşağı yenә döndәrib, nәhayәt,
işığı yandırdı. Qara sağanaqlı eynәyin arxasından Kiko-
nu süzәrәk, Anaya dedi:
– Mismar yalnız ucu mәnә tәrәf, üfüqü vәziyyәtdә
olsa, görünmәyә bilәr, bunun başqa izahı yoxdu. Heç nә
görünmür.
– İlahi, – Ana mızıldadı.
– Ay sәfeh, elә deyil, narahat olma. Belә şeylәr öz-
özünә keçir. Qoy az hәrәkәt elәsin, futboldu, hoppan-
maqdı, bunlardan uzaq dursun, – diyircәkli göy qәlәmi
әlindә fırladırdı. – Sonra da qoy göy soğan, qulançar