Page 266 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 266
– Nә görünmür?
– Nә axmaq sual verirsәn: mismar! Özgә nә olasıdı?
– Axı onu necә görmәk olar, әgәr uşaq onu udubsa?
– Rentgendә.
Vitora ağzını açıb, gözlәrini bәrәltdi, ancaq heç nә
demәdi. Paltonu şkafdan asıb, uşağın yanına qayıtdı.
Uşağın paltosunu vә papağını çıxararaq dedi:
– Bura gәl, quldur, sәn lap quldurdan da betәrsәn,
Allahın bәlasısan. Belә dә uşaq olar, sәndәn xata әskik
deyil.
Ancaq Kiko artıq onu eşitmirdi, dal otaqdakı
musiqini eşidib, koridorla qaçaraq qapının ağzında
donub-qalmışdı; Merçe vә Tete axıra qәdәr sәs verilmiş
patefonda sәslәnәn musiqinin ahәnginә uyğun dizlәrini
qatlayır, әllәrini, dallarını oynadırdılar, Markosla Xuan
isә stola söykәnib qızlara baxırdılar. Merçe astadan oxu-
yurdu:

266
Qoca, cavan,
sarışın, qarayanız, –
hamı bunu oynayır.
Bu yeni rәqsdi,
adı tvistdi,
tvist, tvist, tvist.
Roku unut,
ritmi, ritmi tut,
bizim sevimli tvist…

Birdәn Merçe onu görüb, әllәrinә götürәrәk göydә
fırlatdı:

– Nә olub, koppuş? Doğrudur ki, sәn mismar ud-
musan?

Kiko başını tәrpәtdi. Hamı – Tete, Markos vә Xuan
onun başına yığışdı. Xuan baş vә şәhadәt barmağını uza-
dıb dedi:
   261   262   263   264   265   266   267   268   269   270   271