Page 270 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 270
– Qoyurlar ki yatsın?!

Ana nә qәdәr tәlәsdirsә dә, Kiko yemәyi bir ordun-

dan o birisinә keçirirdi, hәr dәfә dә udmaq istәyәndә

yanaqları qızarır, gözlәri yaşarır, qusmağı gәlirdi.

– Bunu xoşlamıram, – axır ki, dillәndi.

– Xoşlasan da, xoşlamasan da, yemәlisәn, – Ana

hövsәlәsiz halda dedi.

– Mismara görә yemәlidi? – Xuan soruşdu.

– Bax, elә ona görә, – Ana cavab verdi. – Di ye

görüm.

Kiko elә ki tikәni udmaq istәyirdi, az qalırdı öyüyә,

boğula-boğula öskürürdü; tikә boğazından yenә geri qa-

yıdırdı, uşaq yenә çәnәsini tәrpәdә-tәrpәdә çeynәmәyә

başlayırdı. Ana mızıldayırdı: “İlahi, bu nә zülmdü”,

sonra deyirdi: “Di ye görüm” vә sonra: “Kiko, hәr uddu-

ğun tikәyә bir peset verәcәm”. Ancaq hamısı әbәs idi.

Kuki bibi qapının zәngini basıb qonaq otağına girәndә

270 uşaq xilas olduğunu hiss etdi vә stuldan sıçrayaraq onun
üstünә qaçdı.

– Kuki bibi, tapança gәtirmisәn?

Kuki bibi әlini uzadıb uşağı qucağına götürdü:

– Mәnim zavallı Kikom, Kuki bibin tapançanı ta-

mam unudub, Kuki bibinin yaman pis yaddaşı var.

O, Kikonu döşәmәyә qoyub Ananı öpdü:

– Necәsәn, әzizim? – Xuana baxıb: – sәn necә, indi

yaxşısan? – demişdi ki, Kiko bu vaxt şalvarının cibini

eşәlәyib:

– Eybi yox, mәnim başqa tapançam var, elәdi, bibi?

– Başqa tapança?

– Hә, bax.

O, axır ki, cibini astarına çevirib, diş pastasının

tübikini çıxartdı; bu vaxt açıq-yaşıl xalçanın üstünә mis-

mar düşdü. Ana çığırdı:

– Mismar!

Kiko öz qәnimәtinin qabağında dayanmış tula kimi,

ağzındakı qulançarla ovurdunu şişirdәrәk, parıldayan
   265   266   267   268   269   270   271   272   273   274   275