Page 272 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 272
Kiko gözünü aşağı dikib, tübiki әlindә fırladırdı.
Kuki bibi onun kömәyinә çatdı:

– Uşaqdan әl çәkin, – o dedi, – daha özünü yaxşı
aparacaq. Düz demirәm, Kiko, sәn artıq yaxşı balasan.

Ana sevincdәn uçurdu, ancaq özünü hirsli
göstәrirdi. O, Kuki bibiyә dedi:

– Bilirsәn, mәni necә qorxudub! Tәsәvvür elәyә
bilmәzsәn nә hallara düşmüşәm, әn pisi dә odur Emi-
lioya nә deyәcәyәm. Axı onu inandırmağa çalışırdım ki,
uşaq mismarı mәnim gözümün qabağında udub, – o,
Merçeyә sarı döndü: – Atana zәng elә, de ki, mismar
tapılıb, narahatçılığa әsas yoxuymuş.

Sonra Kuki bibiylә üzbәüz kresloda oturub әlavә
elәdi:

– Vitora, bu qulançarı apar.
Kiko yalvarış dolu baxışlarla ona baxdı.
– Tüpürә bilәrәm? – soruşdu.
272 Ana gümüş külqabını onun çәnәsinin altına tutdu.
– Hә, tüpür.
Kiko ağzındakını tüpürdü. Kuki bibi Anadan so-
ruşdu ki, Ata gәldimi, Ana isә cavab verdi ki, iclasdadı,
ancaq özünü pis hiss elәdiyi duyulurdu, elә bil o da
nәyisә tüpürmәk istәyirdi, axır ki, dedi:
– Biz dalaşmışıq.
– Yenә? – Kuki bibi soruşdu.
Ananın gözlәri doldu.
– Sizi inandırım ki, daha dözә bilmirәm.
Kuki bibi başını yırğaladı.
– Mәn qardaşımla iki gün dә yaşaya bilmәzdim, –
o, köks ötürdü. – Pablonun xasiyyәti tünddü. Pablo mәni
özümdәn çıxarır.
Artıq hamı otaqdan çıxmışdı. Kiko, bibinin üzük ta-
xılmamış balaca, әsәbi әllәrinә baxırdı. Merçe başını
qapıdan içәri soxdu, Teteylә Markos da arxadan boyun-
larını uzatmışdılar.
   267   268   269   270   271   272   273   274   275   276   277