Page 275 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 275
tdan salınmış şahzadə
Pillәkәnә açılan qapı çırpıldı. Xuan vә Kiko yuxarı MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
cumdular. Xuan çığırırdı:
275
–Lәz-z-zәtdi! Ke-e-fdi!
Kiko isә oxuyurdu: “Bayır gözәl, evdә dadlı
yemәklәr!”
Qapını Valen açdı.
– Nahaq yerә gәlibsiniz. – narazı halda dedi. – Bibi-
niz gedib.
Xuan yalvarış dolu qara gözlәrini ona dikdi.
– Valen, – o zarıdı, – icazә ver Dovşana baxaq.
– Sizdәn sonra da buralar müharibәdәn çıxmış kimi
olacaq. Bәs әziyyәtini kim çәkәcәk? Yenә Valen!
– Biz çәkәlәklәri çıxararıq, Valen. Xahiş elәyirik…
Valen tәrәddüd elәyib, nәhayәt, dedi:
– Gәlin, ancaq ayağınızı çıxarın, aydındı? Bir dә
tәkrar elәmәyәcәyәm.
Uşaqlar çәkәlәklәrini çıxartdılar. Kuki bibinin
mebeli şüşә kimi parıldayırdı. Dәhlizdәki mis abajur göz
qamaşdırırdı. Hәr yan sәliqә-sahmanlı idi. Televizor olan
otağın parketi Kabusun qızıl dişi kimi şәfәq saçırdı.
Uşaqlar çәkinә-çәkinә döşәmәdә oturdular vә Valen
televizoru açdı.
Ekran işıqlanan kimi Dovşan göründü.
– Artıq başlayıb, – Xuan dedi.
Kikonun sifәti gülürdü.
– Bax, Xuan, Porkidi.
Dovşan donuz balası Porkiyә deyirdi:
– Bu dәlәduzlar bizi hәmişә qabaqlayırlar.
– Sus, – Xuan dedi.
Dovşan vә Porki Direktorun kabinetinә girdilәr. Di-
rektor dedi:
– Bağlamanı Kinkalyeros küçәsinә çatdırmaq la-
zımdı.
Kiko gözlәrini döydü:
– Bağlama nәdi, Xuan?