Page 279 - Migel Delibes "Seçilmiş əsərləri"
P. 279
tdan salınmış şahzadə

Gecә yaxınlaşdıqca, Kikonun gözlәri lap balacala- MİGEL DELİBES SEÇİLMİŞ ƏSƏRLƏRİ
şırdı.
279
– Mәn… – o dedi, – böyüyәndә polis olacağam.
– Hә? – Xuan dedi. – Bәs maşının altına düşsәn?
– Onda onu sürәni öldürәcәm.
Xuan böyüklәr kimi lovğa-lovğa gülümsәdi:
– Axı sәn onda ölmüş olacaqsan…
– Mәn onu birinci öldürәcәyәm…
Vitora omleti tavadan boşqaba çәkdi vә boşqabı ba-
laca mәrmәr stola qoydu. O, stulu geri çәkdi.
– Bura gәl. – Oturub Kikonu dizinin üstünә aldı.
Kiko omleti nisbәtәn tez uddu. – Bundan xoşun gәlir, hә,
vәlәddüzzina? – Vito soruşdu.
– Bu, boğazda qalmır…
Radioda indi “Donna Fransiskita”nı oxuyurdular.
– Vay dәdә, gör necә quş buraxdı!
Kikonun yemәyi ağzında qaldı:
– Hanı quş, quşu kim buraxdı, Vito?
– Az danış, yemәyini ye.
Domi, onun arxasınca da Ana içәri girdi.
– Necә yeyir?
– Yaxşı yeyir, yumurtayla başağrısı olmur.
Kiko anasına baxdı.
– Doğrudu, ana, doğrudu ki, Pablo atanın mühari-
bәsinә gedir?
– Sabah gedir, – Ana cavab verdi.
– Gördün? – Kiko qürurla Xuana baxdı. – Mәn axı
demişdim!
Domi ütü otağına gedib geri qayıdırdı. Nәhayәt, qә-
rara gәlib, Ananın qarşısında dayanaraq dedi:
– Senyora, di mәnim haqq-hesabımı verin.
– Haqq-hesab? Nә haqq-hesab, Domi?
– Mәnim, senyora, özgә kimin haqq-hesabı olasıdı
ki?
O, Kristinanın kuklası kimi gözlәrini döyürdü, de-
yәrdin, bu saat ağlayacaq. Ananın ona tәәccüblә baxdı-
ğını görәndә әlavә elәdi:
   274   275   276   277   278   279   280   281   282   283   284